Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib VİDEO

Bakı, 3 iyul, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 3-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə işə baxan hakimlər kollegiyasını, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdıqları atəş nəticəsində yaralanmış və digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş şəxs Mobil Əhmədzadə bildirib ki, 2020-ci il noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin tankından atılan mərminin onun yanına düşüb partlaması nəticəsində sağ və sol ayaqlarından ağır qəlpə yaraları alaraq huşunu itirib. Beş gün ərzində meşəlikdə qalıb, noyabrın 13-də ayılanda “Qazel” markalı avtomobilin kabinə hissəsində xərək üzərinə uzadıldığını, yanında isə hərbi geyimdə tanımadığı bir şəxsin olduğunu görüb, içmək üçün Azərbaycan dilində su istəyib, lakin həmin şəxs təpiklə onun baş nahiyəsindən vuraraq su verməyib. Həmin hərəkətdən sonra o, ermənilər tərəfindən əsir götürüldüyünü anlayıb. Sonra huşunu yenidən itirib və ayılanda hər iki əlinin iplərlə çarpayıya bərkidildiyini, sağ ayağının bud hissədən kəsildiyini görüb. Zərərçəkmiş şəxs Ermənistanın paytaxtı İrəvan şəhərinə aparılıb. Əsir saxlanıldığı müddətdə bir neçə dəfə ona işgəncə verilib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında bildirib ki, 2020-ci il dekabrın 14-də Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Fəzail Əsədov qeyd edib ki, 1992-ci il mayın 7-də Şuşanın müdafiəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Həmin vaxt onunla birlikdə şəhərin müdafiəsində iştirak edən Həsənov Əli və Daşdəmirov Elbrus həlak olub, Nasir və Qax Rayon Polis Şöbəsinin əməkdaşı Əli isə itkin düşüb. Həmçinin Əli Rəsulov, Qazax rayonundan olan Əhməd və Polad isə bədənlərinin müxtəlif nahiyələrindən qəlpə yaraları alıblar.

Zərərçəkmiş şəxs Eldar Abdullayev 1993-cü ilin iyun-iyul aylarında Ağdərə rayonunda Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən yaralı vəziyyətdə əsir götürüldüyünü deyib. O, əsir götürüləndə sağ qolundan, sol ayağından və sinəsindən güllə yarası xəsarətləri alıb və qanaxmadan huşunu itirib. Daha sonra onu Xankəndi şəhərinə apararaq orada yerləşən uşaq xəstəxanasında 1994-cü ilin mart ayının sonunadək, yəni, Azərbaycan tərəfinə təhvil verilənədək saxlayıblar. Bu dövr ərzində Ermənistan hərbçiləri tərəfindən azərbaycanlı əsirlərə qarşı törədilən ağlasığmaz vəhşiliklərin şahidi olub. Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, əsirlikdə saxlanılan zaman hər gün müxtəlif təzyiqlərə və qeyri-insani rəftara məruz qalıb. Yaralı olmasına baxmayaraq, ona zəruri tibbi yardım belə göstərilməyib. Erməni nəzarətçilər və xəstəxanaya gələn erməni hərbçilər yaralı azərbaycanlı əsirləri mütəmadi olaraq avtomat silahının qundağı, rezin dəyənək və təpiklə döyüblər. O, çarpayıda olduğu halda ermənilər yaralarının olduğu nahiyələrə zərbələr vurub, bədəninə yanmış siqaret basıb, sağlam ayağına bıçaq batırıblar.

Ermənilər, həmçinin azərbaycanlı əsir qadın və uşaqların qaldıqları palatalara soxularaq onları döyüb işgəncələr veriblər. Uşaq xəstəxanasında saxlanıldığı dövrdə o, bir nəfər yaralı azərbaycanlının döyülərək qətlə yetirilməsinin şahidi olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs qeyd edib ki, oradakı ermənilərdən yalnız əsirlərin dəyişdirilməsi ilə məşğul olan Albert Voskanyanın adını xatırlayır. A.Voskanyan onu şəxsən döyməsə də, onunla söhbət edib getdikdən sonra erməni nəzarətçilərə ona işgəncə verilməsinə dair göstəriş verib və bu göstəriş qəddarlıqla icra olunub.

Zərərçəkən Elnur Mehdiyev isə 6 ay erməni əsirliyində Xankəndidə saxlanıldığını və verilmiş işgəncələr zamanı sağlamlığını itirdiyini vurğulayıb. Qeyd edib ki, 2000-ci ilin fevralında əsir götürüldükdən sonra erməni hərbçilər onu yumruq-təpik, avtomat silahının qundağı ilə vəhşicəsinə döyüblər. Həmçinin onu iplə dirəyə bağlayaraq gecədən səhərədək qarın üstündə ayaqyalın saxlayıblar. Ayaqları şaxta vurduğu üçün donub və nəticədə sol ayağının bütün barmaqları amputasiya edilib. O, 2000-ci ilin iyulunda Ermənistana aparılıb və orada təcridxanada saxlanılıb. Həmin il iyulun 18-də əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.

Elnur Mehdiyev prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını söyləyib.

Zərərçəkmiş İntiqam Məmmədov ifadəsində bildirib ki, o, 1992-ci ildə döyüşlərdə iştirak edib. Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında sağ ayağından güllə yarası alıb və qanaxmadan huşunu itirdikdən sonra Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Əsir götürüldükdən dərhal sonra Xocavənd rayonunda yerləşən bir evin zirzəmisinə salınıb və həmin ilin dekabrın 10-dək - yəni, Azərbaycana təhvil verilənədək orada saxlanılıb. Əsirlikdə qaldığı 35 gün ərzində yaralı olmasına baxmayaraq, mütəmadi olaraq vəhşicəsinə döyülüb, ona ağır işgəncələr verilib. Zirzəmidə qaldığı ilk gün bir nəfər yaşlı erməni yanına gələrək, heç bir söz demədən ona müxtəlif işgəncələr verib.

Zərərçəkmiş Şahruz Əliyev deyib ki, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri onun yaşadığı Xocavəndin Qaradağlı kəndini tam mühasirəyə alıb, kənd sakinlərini əsir götürərək Xankəndiyə aparıblar. Yolda cavanların əksəriyyətini güllələyiblər. Əsirlikdə saxlandığı müddətdə Ermənistan hərbçiləri onu və digər əsirləri hər gün dəmir predmetlərlə döyüb, sonra isə şaxtalı havada həyətə çıxarıb saatlarla qarın üstündə saxlayıblar. Döyülmə zamanı işgəncələrdən həyatını itirənlər olub. Zərərçəkən qeyd edib ki, 54 gündən sonra əsirlikdən azad olunub. Ermənilər onun dayısı oğlu Habil Zeynalovu və əmisi oğlu Xaliq Əliyevi isə qətlə yetiriblər. Qardaşı Vətən Əliyev də onunla birlikdə əsir götürülüb, amma əsirlikdə bir-birilərindən ayrı saxlanmaları səbəbindən onun aqibəti barədə məlumatı yoxdur.

Zərərçəkmiş Xudayət Tağıyev diqqətə çatdırıb ki, Qaradağlı kəndindəki vəziyyətlə əlaqədar ondan başqa bütün ailə üzvləri kənddən çıxıblar. O qeyd edib ki, 1992-ci il fevralın 10-dan başlayaraq kənd mühasirədə olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri kolxoz binasına daxil olub, kənd sakinlərini əsir alaraq bir sıraya düzüblər. Cavanlar bir avtomobilə, qadın və yaşlı kişilər isə digər avtomobilə mindirilib. Həmin vaxt Ermənistan hərbçiləri Eldar Dadaşova işgəncə verərək onu döyüblər. Eldarın can verdiyini görən Mamvel adlı erməni tapança ilə onu qətlə yetirib. Bir qədər getdikdən sonra ermənilər Dəmir Hüseynovu və Fədail Hüseynovu avtomobildən yerə düşürərək qətlə yetiriblər. Ardınca isə Ermənistan hərbçiləri “Bəylik bağı” adlanan yerdə yenidən avtomobilləri saxlayaraq 30 nəfərdən çox kənd sakinini qətlə yetiriblər. Daha sonra digər girovları Xankəndi şəhərinə apararaq zirzəmiyə salıblar. Orada bir gün qaldıqdan sonra kənd sakinlərindən 20 nəfəri, eləcə də onu Xankəndi həbsxanasına aparıblar. Bu müddət ərzində ermənilər onlara müxtəlif ağır işgəncələr verib, qeyri-insani rəftara məruz qoyublar. Martın 30-da onunla birlikdə 9 nəfər Ağdam rayonunun “Qarağac qəbiristanlığı” deyilən yerdə azad edilib Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Aydın Əhmədov 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləri tərəfindən əsir götürülüb. Həmin vaxt onunla birlikdə bir neçə nəfər də əsir götürülüb. Ermənilər onları əsir götürən kimi bədənlərinin müxtəlif yerlərinə dəmir və taxta parçaları, avtomat silahının qundağı ilə müxtəlif zərbələr endirib, döyə-döyə avtomobilə mindirib və Xankəndi şəhərində yerləşən xüsusi rejimli təcridxanaya aparıblar. Orada ona ağır işgəncələr verilib, müxtəlif bərk predmetlərlə döyülüb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandıran A.Əhmədov əsir götürülən zaman ayağından və başından qəlpə yarası aldığını söyləyib. Ermənistan hərbçiləri onun yaralı olmasına baxmayaraq, xəsarətlərin olduğu nahiyələrdən təpik və avtomat silahının qundağı ilə zərbələr vurublar. Həbsxanada saxlanıldığı təxminən 10-12 gün müddətində erməni nəzarətçilər gündə bir neçə dəfə kameraya soxulub, onu vəhşicəsinə döyüblər. Daha sonra onu Serjik adlı erməniyə pulla satıblar. Altı ay sonra isə o, Azərbaycan tərəfinə təhvil verilib.

Zərərçəkmiş Nizami İsmayılov ifadəsində söyləyib ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanı zərər çəkib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri Şuşanı artilleriya ilə atəşə tutanda özü və anası yaralanıb. O qeyd edib ki, Ermənistanın apardığı təcavüzkar müharibə nəticəsində sağlamlığını, yaxınlarını və ev-eşiyini itirib.

Zərərçəkmiş Hidayət Əsgərov qeyd edib ki, 1993-cü il dekabrın 28-də Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub və nəticədə o, ayaqlarından və sol əlindən güllə yarası alaraq yerə yıxılıb. Ermənistan hərbçiləri onu əsir götürüb, yanında olan bir nəfəri isə qətlə yetiriblər. Hidayət Əsgərov ifadəsində deyib ki, 1994-cü il noyabrın 28-dək Xankəndi şəhəri yaxınlığındakı hərbi hissənin hauptvaxtında, dekabrın 27-dək Şuşa həbsxanasında, 1995-ci il mayın 8-dək isə Xankəndi şəhər uşaq xəstəxanasında əsirlikdə saxlanılıb və həmin gün Azərbaycan tərəfə qaytarılıb. Bu müddət ərzində Armen, Samvel və adlarını xatırlamadığı mülki və hərbi geyimli ermənilər tərəfindən yumruq-təpik, dəmir və rezin dəyənəklərlə mütəmadi olaraq döyülüb, ağır işgəncələrə məruz qalıb.

Zərərçəkmiş Aqil Quliyev ifadəsində vurğulayıb ki, 1992-ci ilin fevralında Qaradağlı kəndi işğal olunanda kənd sakinlərinə zülm verilib, mülki insanlar diri-diri yandırılıb, evləri ağır texnika ilə atəşə tutulub. Həmin vaxt o da hər iki ayağından güllə yarası alıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında A.Quliyev bildirib ki, bu müharibə nəticəsində hər iki ayağından yaralanaraq o, sağlamlığını itirib, həmçinin Xocavənd rayonunun işğalı nəticəsində ona məxsus əmlak ermənilər tərəfindən talan edilib.

Zərərçəkmiş şəxs Tahir Cəfərov 1992-ci il mayın 18-də Laçının işğalı zamanı Ermənistan hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Xankəndiyə aparılaraq iyulun ortalarınadək orada saxlanılıb. Ardınca Xocalıya, sonra Xocavəndə, daha sonra isə Ermənistan ərazisinə - Gorus rayonuna aparılıb. Həmin il avqustun 13-də ermənilər tərəfindən Azərbaycana təhvil verilib. T.Cəfərov da digərləri kimi əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını söyləyib və qeyd edib ki, həmin müddətdə gün ərzində ona bir fincan su və kiçik bir parça quru çörək veriblər. O və əsirlikdə olan digərlərinə məhz azərbaycanlı olduqları üçün işgəncələr verilib. Həmçinin Xankəndidə saxlanılan zaman kəlbətinlə dişi dartılıb çıxarılıb.

Zərərçəkən Fikrət Aslanov da yaralı vəziyyətdə əsir götürüldüyünü vurğulayıb. Deyib ki, o, Ermənistana aparılıb və 1 il 9 ay orada təcridxanada saxlanılıb. Onunla yanaşı, digər azərbaycanlılar da əsir və girovluqda saxlanılıblar. Zərərçəkən ifadəsində qeyd edib ki, İrəvanda saxlanıldıqları zaman əsirlərə dəhşətli işgəncələr verilib. Onlar məcburi əməyə cəlb olunublar. Həmin vaxt bəzi əsirlər həyatlarını itirib. Öldürülən iki azərbaycanlı İrəvanda qadın həbsxanasının həyətində basdırılıb.

Zərərçəkən Tacir İsmayılov ifadəsində söyləyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmən Xocalını dörd tərəfdən atəşə tutub. Həmin vaxt o, Xocalı aeroportunda polis kimi xidmət göstərib. Zərərçəkən deyib ki, Xocalı işğal olunarkən mülki sakinlərə çıxış üçün bir cığır belə verilməyib. Şəhər atəş altında mühasirədə olub. İşğaldan əvvəl də Xocalı dörd tərəfdən ağır texnika ilə atəşə tutulub. Hücumlar zamanı əsasən mülki əhali hədəfə götürülüb. Ermənistan Xocalıda, Meşəlidə, Qaradağlıda mülki əhaliyə divan tutmaqla azərbaycanlıların gözünü qorxutmaq istəyirdi. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında T.İsmayılov bildirib ki, bu müharibə nəticəsində 14 nəfər doğmasını itirib. Xocalı işğal olunan zaman düşmən onun qardaşı Vidadi İsmayılovu da girov götürüb. Qardaşını döyərək hər iki qolunu sındırıb, sonra isə adlarını xatırlamadığı digər iki Xocalı sakini ilə birlikdə güllələyiblər.

Zərərçəkmiş Anar Məmmədov deyib ki, 1993-cü il sentyabrın 23-də Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində sağ ayağından qəlpə xəsarəti alıb, yaralı vəziyyətdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülərək əvvəlcə Xocavənd Rayon Polis Şöbəsində, sonra isə Xankəndi şəhər uşaq xəstəxanasında saxlanılıb. Həmin xəstəxanada erməni nəzarətçilər tərəfindən mütəmadi olaraq amansızcasına döyülüb, işgəncələrə məruz qalıb. Taxta parçası ilə vurulan möhkəm zərbə nəticəsində kürək nahiyəsində sümüyü sınıb və uzun müddət gipsdə qalıb. 1995-ci il iyunun 8-də Ağdam rayonu ərazisində əsirlikdən azad edilib və Azərbaycana qaytarılıb.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarını cavablandırıblar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib