Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 4-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanmış, işğal nəticəsində digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş şəxs Quliyev Bəxtiyar Məhəmməd oğlu ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlandırılan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O, özü isə sol ayağının bud hissəsindən yaralanıb. Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. “Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi”, - deyə o əlavə edib. Zərərçəkmiş şəxs 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycan tərəfinə təhvil verilib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, Kəlbəcər işğal edilən zaman onlara ərazidən çıxmaq üçün heç bir dəhliz verilməyib.

Zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox güllə atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndinə müalicə adı ilə aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...”.

Zərərçəkmiş şəxs Təhməz Şahverdiyev ifadəsində Kəlbəcərin Başlıbel kənd sakini olduğunu, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Ətdərəsi adlı yerdə girov götürüldüyünü bildirib: “Biz həmin vaxt yeddi nəfər idik. İki nəfəri öldürdülər, beş nəfəri girov götürdülər”.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandırarkən bildirib ki, Ermənistan hərbçiləri tərəfindən əvvəlcə Kəlbəcərin mərkəzinə, bir həftə sonra Ermənistanın Basarkeçər rayonuna, bundan iki gün sonra isə İrəvana aparılıblar. Orada onlar tikintidə fəhlə kimi işlədilib, mütəmadi olaraq işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş şəxs İrəvanda olduqları müddətdə onlara hər gün bir dəfə, nadir hallarda isə iki dəfə çörək verildiyini bildirib. O, girovlardan birinin işgəncə ilə öldürülməsinə şahid olduğunu da söyləyib. Zərərçəkmiş şəxs 7 ay 2 gün girovluqda saxlanıldıqdan sonra Azərbaycana təhvil verildiyini bildirib.

Zərərçəkən Elbrus Əmirov isə Kəlbəcər rayonunun Ağdaban kənd sakinidir. O, ifadəsində bildirib ki, 1992-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlarla kəndə hücum edərək mülki sakinlərə divan tutub. 67 mülki sakini güllələyiblər. Çoxlu sayda yaralananlar olub. 14 nəfəri isə yandırıblar. Yandırılanlar arasında onun babası Bəkir Qocayev və nənəsi Zeynəb Qocayeva da olub. Əhalinin mal-qarasını yığıb aparıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, hücum zamanı sağ qalanları girov götürüblər.

Zərərçəkmiş şəxs Qoşqar Quliyev ifadəsində ondan bir qədər əvvəl ifadə vermiş N.Quliyevanın danışdıqlarını təsdiqləyib. O, mülki şəxsləri daşıyan yük avtomobilinin sürücüsü olduğunu söyləyib. Zərərçəkmiş girov götürülərkən ayağından güllə yarası aldığını deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında əvvəlcə Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə, iyunun 1-də isə Şuşa həbsxanasına aparıldığını bildirib.

“Girovluqda olarkən yaralarımız sağalmamış bizi ağır işlərdə işlədirdilər. Şuşa həbsxanasında gündə üç dəfə döyülmə adi hal idi. Bəzi günlər daha çox döyürdülər”, - deyə Q.Quliyev bildirib.

O, 8 aya yaxın girovluqda qaldığını, 1993-cü ilin sonlarında azad olunduğunu söyləyib.

Q.Əliyev zərərçəkmiş şəxslərin vəkilinin sualını cavablandırarkən girovluqda olarkən səhər saat 5-dən gecə saat 1-dək işlədildiklərini bildirib.

Zərərçəkmiş şəxs Fərman Quliyev Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, rayonun işğalı zamanı 1993-cü il martın 31-də “Tunel” adlanan ərazidən keçib getmək istəyən zaman Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, daha sonra girov götürüldüklərini bildirib. “Maşında qadınlar, uşaqlar, yaşlılar var idi və bu, kənardan da görünürdü. Amma bunları görə-görə atəş açırdılar. Qarşıda, təxminən 50 metr kənarda yanan “KamAZ”ı gördük”, - deyə o əlavə edib.

F.Quliyev hadisə zamanı 16 yaşı olduğunu bildirib. Deyib ki, “Tunel” hadisəsi zamanı ağır yaralanan azərbaycanlı girovları ona daşıtdırıblar.

Onları əvvəlcə Ağdərənin Heyvalı kəndinə apardıqlarını, burada yaralı qardaşının vəfat etdiyini bildirib: “Bostanda mənə bel verdilər, dedilər qaz, meyiti basdır. Təxminən 50 santimetr qazandan sonra dedilər bəs edər, üstünü torpaqla”.

O, girovluqda olduğu müddətdə Şuşa həbsxanasında, Şuşa şəhəri Xəlifəli kəndində, Malıbəyli kəndində, Xankəndi Şəhər Uşaq Xəstəxanasında və Xankəndi şəhərində Ermənistan hərbçilərinin 4-cü batalyonunun ərazisində saxlanılıb. Girov olduğu müddətdə işgəncələrə məruz qaldığını, 3 il 2 ay sonra – 1996-cı il mayın 5-də girovluqdan azad edildiyini bildirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyan zərərçəkmiş şəxsə “Sizə hansı işgəncələr verilib?” sualını ünvanlayıb. O isə cavabında iynəsiz 8 dişinin çəkildiyini, mütəmadi olaraq döyüldüyünü bildirib və boynundakı yara izini göstərərək əlavə edib: “Sizinkilər boynumu da kəsmək istəyirdi, bıçağın yeri indi də qalır. Bir az kəsib sonra fikirlərindən daşındılar”.

Zərərçəkmiş şəxs Taryel Quliyev Kəlbəcərin Günəşli kənd sakini olduğunu bildirib. O, ifadəsində “Tunel” faciəsi zamanı 14 yaşının olduğunu, Ermənistan silahlı qüvvələrinin yüzlərlə hərbçi ilə onlara hücum edərək atəşə tutduqlarını, yaxınlarının, o cümlədən 4-cü sinif şagirdi olan bacısının da yaralandığını söyləyib. Atası, bacısı və qardaşının girov götürüldüyünü bildirib.

O, girovluqda saxlanıldığı 8 ay yarım müddətində özünə və digər azərbaycanlılara işgəncə verildiyini də söyləyib.

Zərərçəkmiş şəxs Yadigar Məmişov da ifadəsində Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, 1993-cü il martın 31-də doğmaları və həmkəndliləri ilə kəndi tərk edərkən 11 yaşının olduğunu bildirib. O, “Tunel” hadisələri zamanı anasının 4 güllə yarası aldığını deyib. Bildirib ki, 9 yaşlı qardaşı Taleh Məmişov da güllə yarası alıb, ondan indiyədək məlumat yoxdur. Y.Məmişov özü və digər yaxınları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onu Kəlbəcərin “Bulanıq” adlanan ərazisində anasından və qardaşından ayırıblar. Y.Məmişov Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıldıqlarını bildirib.

Deyib ki, girovluqda saxlanıldığı təxminən ilyarım müddətində uşaq olmasına baxmayaraq, ona da işgəncə verilib: “Döyürdülər, təpikləyirdilər, başımı divara vururdular. Hazırda burnum qırıqdır, başımda xəsarət yerləri qalıb”.

Y.Məmişov 1994-cü il sentyabrın 15-də girovluqdan azadlığa buraxılıb.

Təqsirləndirilən şəxs David Babayan Y.Məmişova sual verərək qardaşının taleyi barədə soruşub. Zərərçəkmiş qardaşından hələ də xəbər olmadığını bildirib: “Qardaşımdan hələ də məlumat yoxdur. Ümid edirəm ki, sağdır. Girovluğun ilk vaxtında qardaşım “Bulanıq” adlı ərazidə məndən su istədi, amma sizinkilər imkan vermədi su verim. O vaxtdan ondan xəbər yoxdur”.

Hüquqi varis Əziz Göyüşov ifadəsində nənəsinin (atasının anası) Kəlbəcər işğal olunan zaman itkin düşdüyünü, indiyədək ondan xəbər tuta bilmədiklərini bildirib.

Zərərçəkmiş şəxs Anar Əliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, noyabrın 9-da Xocavənddə yaralandığını, səhəri gün əsir götürüldüyünü deyib. O, noyabrın 11-də İrəvana aparılıb. Bir neçə gün hospitalda, daha sonra isə təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs həm hospitalda, həm də təcridxanada döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, həmin ilin dekabrın 14-də Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Rabil Babayev sakini olduğu Xocavəndin Qaradağlı kəndinin Ermənistan hərbçiləri tərəfindən 1992-ci il fevral ayında mühasirəyə alındığını, fevralın 13-də kəndə hücum edildiyini bildirib. Deyib ki, kənd sakinlərindən cavanları bir, yaşlıları isə digər yük maşınına yığaraq Xankəndi istiqamətinə aparıblar. Yolda 10 nəfəri maşından düşürərək qətlə yetiriblər. Daha sonra isə yük avtomobilində olanlar gülləbaran edilib. “60-dan çox adamdan 20 nəfərə yaxını sağ qalmışdı. Bizi Xankəndiyə apardılar. Orada qarda ağzı üstə saxladılar. 47 gün girovluqda qaldım, gündə azı üç dəfə döyülürdük”.

Zərərçəkmiş Nizami İsmayılov Kəlbəcərin Günəşli kənd sakini olduğunu, Ermənistan tərəfindən rayonun işğal edilməsi ilə əlaqədar 1993-cü ilin mart ayının sonlarına yaxın doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etdiklərini bildirib. Lakin atası Qanboy İsmayılov kənddə qalıb. O, atasından indiyədək xəbər olmadığını bildirib.

Zərərçəkmiş şəxs Nurbala Əmirquliyev Birinci Qarabağ müharibəsində iştirak etdiyini, Ağdamda ağır yaralandığını, iki gün sonra yaralı vəziyyətdə əsir götürüldüyünü, daha sonra Xankəndiyə aparıldığını bildirib. O deyib: “Məni yaralı vəziyyətdə türmə kimi bir yerdə bir sutka döydülər. Gördülər ölürəm, uşaq xəstəxanasına apardılar. Orada Stepanyan soyadlı hərbi həkim yaramın çürümüş hissələrini heç bir ağrıkəsici vurmadan kəsdi”.

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında həmin yaraya görə hələ də axsadığını, buna görə əsa ilə gəzdiyini söyləyib.

Xankəndidə saxlanıldığı müddətdə mütəmadi olaraq ona və digər azərbaycanlı əsir və girovlara işgəncə verildiyini bildirib. N.Əmirquliyev iki ay sonra erməni hərbçilərlə dəyişdirilərək Azərbaycana təhvil verildiyini bildirib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb