Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Bakı, 10 iyul, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 10-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş Vüqar Eminov deyib ki, 1994-cü ildə Ağdamın Güllücə kəndində yaralı vəziyyətdə əsir götürülüb. Əvvəlcə Xankəndiyə, sonra Şuşaya aparılaraq həbsxanada saxlanılıb. Əsirlikdə saxlandığı müddətdə ona dəhşətli işgəncələr verilib. Hər gün rezin dəyənək, dəmir parçası ilə döyülüb, bədəninə elektrik cərəyanı verilib. Məcburi əməyə cəlb edilib, uzun müddət çətin işlərdə işlədilib. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, onunla birlikdə saxlanılan bəzi əsirlər verilmiş işgəncələr nəticəsində dünyasını dəyişib. O, 1995-ci ildə əsirlikdən azad olunub.

Zərərçəkmiş Teyyub İsmayılov da Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində zərər çəkib. O, ifadəsində bildirib ki, bu müharibə nəticəsində yaralanıb və sağlamlığını itirib. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirib ki, həmin vaxt Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizə iriçaplı silahlar və ağır texnika ilə hücum edib.

Məhkəmədə ifadə verən İmran Quliyev deyib ki, Ermənistan Xocalını işğal edəndə bacısı Zöhrə Quliyeva şəhid olub, özü isə yaralanıb. Düşmən ona bacısının nəşini götürməyə belə imkan verməyib. İ.Quliyev buna üç gündən sonra böyük çətinliklə nail olub. Qardaşı Zakir Quliyevin taleyindən isə indiyədək xəbər yoxdur. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, həmin vaxt mühasirədə olan Xocalının dinc sakinləri hər gün atəşə tutulub.

Zərərçəkmiş Ramil Ələkbərov ailə üzvləri ilə Xocalıda Qala dərəsi adlandırılan yerdə yaşadıqlarını, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə - Xocalı soyqırımı zamanı ermənilərin mülki azərbaycanlıları atəşə tutduğunu, nəticədə ölənlərin olduğunu, özünün isə sağ ayağından yaralandığını, 200 nəfərdən çox azərbaycanlı ilə birlikdə girov götürüldüyünü bildirib. Həmin vaxt 12 yaşı olan zərərçəkmiş deyib ki, orada aralarından 12-13 nəfər girov şəxs ermənilər tərəfindən çölə çıxarılıb. Həmin şəxslərin hamısı güllələnərək qətlə yetirilib. Girovlardan bir qismi isə seçilərək avtomobillə naməlum istiqamətə aparılıb.

Ramin Əzizov Xocalı soyqırımı zamanı doğmalarının qətlə yetirildiyini söyləyib. O, hadisələr zamanı 14 yaşının olduğunu, ermənilərin atdığı “Alazan” raketinin partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığını deyib. R.Əzizov fevralın 26-da digər azərbaycanlılarla birlikdə ermənilər tərəfindən girov götürüldüyünü, martın 3-də azad edildiyini bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib: “Yaşımın az olmasına baxmayaraq, mənə də işgəncə verirdilər, döyürdülər. İşgəncə verənlərdən Edik adlı erməninin adı yadımda qalıb”.

Xocalı işğal olunanda zərərçəkmiş Mübariz Həmidovun isə 13 yaşı olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə atəş, partlayış və insanların qışqırıq səsinə yuxudan oyanıb. Ermənistan silahlı qüvvələri şəhərə hücum edərək evləri yandırıb, insanları güllələyiblər. Mülki əhali canını qurtarmaq üçün qarda, şaxtada ayaqyalın, başıaçıq Kətik meşəsinə üz tutub. Amma düşmən onlara qaçmağa da imkan verməyib. Yolda insanlara atəş açaraq gülləbaran ediblər. Mübariz Həmidov dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında deyib ki, o, canını birtəhər qurtararaq Ağdamın Şelli kəndinə gəlib. Hadisə zamanı anasını, dayısını və daha bir neçə nəfər doğmasını itirib. İndiyədək anasının taleyindən xəbər yoxdur. Həmin vaxt ayaqları donduğundan həkimlər onun barmaqlarından üçünü amputasiya etməli olub.

Ramin Bağırov Xocalı faciəsi zamanı azyaşlı olduğunu, yaxınları ilə birlikdə Dəhraz adlı yerdə girov götürüldüyünü bildirib. Onlar donuz fermasında saxlanılıb. Fevralın 29-da digər azərbaycanlılarla birlikdə girovluqdan azad edilib. Xocalı hadisələri zamanı əmisi və dayısı itkin düşüb, onlardan hələ də məlumat yoxdur.

Rövşən Xudayarov Xocalı soyqırımı zamanı 19 yaşının olduğunu, hücumla əlaqədar qardaşları, bacıları və digər doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etmək məcburiyyətində qaldıqlarını bildirib. O, digər qohumları və həmyerliləri ilə birlikdə meşədə qaldıqlarını, fevralın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüklərini bildirib. Girov düşən zaman onlara atəş açılıb. Nəticədə ölənlər və yaralananlar olub. Həmin vaxt R.Xudayarov da yaralanıb.

Xaliq Mirzəyev ifadəsində 1996-cı ilin avqust ayında Gədəbəy rayonunun Qaravəlilər kəndində meşədə gəzərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü bildirib. 45 gündən sonra Azərbaycana qaytarılıb.

Vaqif Namazov ifadəsində Xocalı soyqırımı zamanı çoxsaylı qəlpə yaraları aldığını, qəlpələrdən təxminən 20-sinin hələ də bədənində qaldığını bildirib. Qeyd edib ki, Ermənistan hərbçiləri onu girov götürərək Əsgərana aparıb. Fevralın 27-də isə Azərbaycana qaytarılıb.

Ceyhun Əbdülov ifadəsində Xocalıda anadan olduğunu, soyqırımı zamanı ailə üzvləri ilə Xocalını tərk etdiklərini bildirib. Həmin vaxt o, yaralanıb və anası ilə birlikdə girov götürülüb. Zərərçəkmiş daha sonra Xankəndiyə aparılıb. Girovluqda üç ay saxlanılıb.

Mürvət Məmmədov deyib ki, onun ailəsi Qərbi Azərbaycandan məcburi şəkildə didərgin salınanlardandır. 1988-ci ildə Xocalıda məskunlaşıblar. Xocalı soyqırımı törədiləndə yaralanıb. Ailəsi ilə birlikdə girov götürülüb. Atasının və qardaşlarının başını kəsiblər. Onun gözü qarşısında Xocalıdan olan Əhməd adlı azyaşlı oğlanın isə əlinin içinə odlu silahla atəş açıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, 7 gün girovluqda saxlandığı zaman ona müxtəlif işgəncələr verilib. Onunla bərabər digər beş ailə üzvü də girovluqda saxlanılıb və işgəncələrə məruz qalıb.

“Atamın və qardaşlarımın başlarını kəsiblər. Onların indiyə qədər meyitləri tapılmayıb”, - deyə o əlavə edib.

Bildirib ki, yeddi gün girovluqda saxlanılıb, həmin müddətdə işgəncələrə məruz qalıb.

Ələsgər Abbasov ifadəsində 1992-ci ildə Qazax rayonunun kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralandığını bildirib.

Vahid Quliyev 1992-ci ildə Qırmızıbazarda yaralanaraq əsir götürüldüyünü, 1 ay 4 gün sonra Azərbaycana təhvil verildiyini və həmin müddət ərzində amansız işgəncələrə məruz qaldığını deyib.

Səfər Sadıqov Fərrux dağı uğrunda gedən döyüşlərdə yaralandığını və əsir götürüldüyünü deyib. O, əsirlik müddətində müxtəlif ağır işgəncələrə məruz qaldığını söyləyib.

Mehman Yusifov, Əli İsmayılov, Adil Yusifov və Nazim Hüseynov 1992-ci ildə Qazaxın Quşçu Ayrım kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə Ermənistan ordusunun açdığı atəşlər nəticəsində yaralandıqlarını bildirib.

Təhsin Həsənov 1991-ci ildə, Famil Məmmədov 2003-cü ildə Qazax rayonunda girov götürüldüklərini söyləyib. Hər iki şəxs girovluqda olan zaman işgəncələrə məruz qaldıqlarını qeyd edib.

Mikayıl İbrahimov 1992-ci ildə Qazaxın Balacəfərli kəndində ermənilərin mülki avtomobili atəşə tutması nəticəsində yaralandığını deyib.

Aydın Süleymanov 1995-ci ildə Qazax rayonunun Kəmərli kəndində heyvan otaran zaman girov götürülüb, 3 gün sonra Azərbaycana qaytarılıb. Həmin müddət ərzində müxtəlif işgəncələrə məruz qalıb və döyülüb.

Zaur Əliyev ifadəsində 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı atasının qabırğasının, əmisinin çənəsinin və dişlərinin qırıldığını deyib. Onların evi talan edilib, özləri Xankəndiyə aparılıb. Əmisi 4 ay, atası 5 ay girovluqda olub. Özü isə Ermənistanın Qafan rayonunda ermənilərdən birinin evinin həyətində damda saxlanılıb. İki həftə ayağından kəndirlə bağlı vəziyyətdə qalıb. Ümumilikdə 6 ay girovluqda saxlanılıb. Girov götürülən zaman onun 9 yaşı olub.

Bəşir Qarayev ifadəsində 1993-cü ildə girov götürüldüyünü, Şuşa həbsxanasında saxlanıldığını, həmin müddətdə işgəncələrə məruz qaldığını, ölən azərbaycanlı əsir və girovların həbsxananın həyətində basdırıldığını deyib.

Ömər Ələkbərov 2020-ci il noyabrın 9-da Xocavənddə yaralandığını, huşsuz vəziyyətdə əsir götürüldüyünü bildirib. O, əsirlikdə olduğu 34 gün ərzində işgəncələrə məruz qaldığını söyləyib.

Hamaya Alıyeva ifadəsində 1992-ci ilin aprelin 8-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərkən kənd sakinlərini qətlə yetirdiyini, həmin vaxt həyat yoldaşı Kamal Abıyevin və qızı Ülviyyə Abıyevanın öldürüldüyünü deyib.

Vazeh Qaraşov Ermənistan ordusunun Ağdabana hücumu zamanı kəndin digər evləri kimi onun da evinin talan edildiyini bildirib.

Duman Müseyibov ifadəsində 1992-ci ildə Goranboyda qardaşının Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü, özünün isə yaralandığını bildirib.

Yalçın Süleymanov ifadəsində 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı əsir götürüldüyünü, 2 il 11 ay Şuşada saxlanıldığını, həmin müddətdə işgəncələrə məruz qaldığını, məcburi şəkildə işlədildiyini söyləyib.

Bayram Kərəmov 2020-ci il noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü, dekabrın 14-də Azərbaycana təhvil verildiyini, əsirlikdə olduğu müddətdə müxtəlif işgəncələrə məruz qaldığını söyləyib.

Elxan Novruzov ifadəsində 1992-ci ildə Kəlbəcərdə yaralandığını və əsir götürüldüyünü bildirib. O, Ağdərə rayonunda saxlanılıb. Əsirlik müddətində döyülüb, çoxsaylı işgəncələrə məruz qalıb, o cümlədən dişləri çəkilib. E.Novruzov 4 il 1 ay əsirlikdə saxlanılıb, 1996-cı il mayın 10-da əsirlikdən azad olunub.

Samir Məcidov ifadəsində bildirib ki, Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanıb və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb, Şuşa həbsxanasına aparılıb. O, 2 ay 6 gün əsirlikdə saxlanıldığı müddət ərzində işgəncələrə məruz qalıb, müxtəlif alətlərlə döyülüb.

Zaur Alıyev ifadəsində 8 ay əsirlikdə saxlanıldığını bildirib. Həmin müddətdə digər əsir və girovlar kimi ona da işgəncə verilib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını cavablandırıblar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmə prosesi iyulun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH