Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çingiz Abasov: “30 il və 44 gün” tablosu milli qürurun şəxsi yaddaş ilə vəhdətdə olduğu ehtiram əlamətidir - MÜSAHİBƏ VİDEO

Çingiz Abasov: “30 il və 44 gün” tablosu milli qürurun şəxsi yaddaş ilə vəhdətdə olduğu ehtiram əlamətidir -  MÜSAHİBƏ  VİDEO

Stokholm, 25 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

Azərbaycanda dünyaya gələn və boya-başa çatan incəsənət adamı taleyin hökmü ilə ölkə hüdudlarından kənarda yaşasa da, vətəni ilə bağlarını həmişəlik qoruyub saxlayır. Həmsöhbətimiz, istedadlı rəssam, uşaqlıq illəri İçərişəhərlin divarları arasında keçmiş, bu gün isə uzaq və soyuq Finlandiyada yaşayıb yaradan Çingiz Abasov da belə insanlardan biridir. Onun şəxsi hekayələri Şuşa şəhərindən olan əcdadlarının xatirəsi ilə vəhdət təşkil edən rəsmləri fərdi kolleksiyalarda saxlanılır, şirkətlərin interyerini bəzəyir və müxtəlif qitələrin qalereyalarında sərgilənir.

AZƏRTAC rəssam-monumentalist, mədəniyyət səfiri, yaradıcılığı insanlara Azərbaycanın milli bədii irsinin gözəlliyi və zənginliyini bəxş edən rəssamla müsahibəni oxuculara təqdim edir.

- Siz karyeranıza böyük dəyişikliklər, SSRİ-nin süqutu və müstəqil Azərbaycanın təşəkkül tapdığı bir dövrdə başlamısınız. Bu hadisələr bir rəssam kimi püxtələşməyinizə necə təsir edib?

- Çox kiçik yaşlarımdan rəssamlıq mənə böyük sevinc bəxş edirdi. Bu, sadəcə bir hobbi deyildi - həmişə bunun mənim həyat amalım olduğunu hiss edirdim. Valideynlərim, İnşaat Mühəndisliyi və Memarlıq Universitetinin müəllimləri bu marağımı dəstəkləyirdi və yeddi yaşım olanda, atam məni Bakıdakı Pionerlər Sarayının Təsviri incəsənət bölməsinə apardı. Beləliklə, rəsm dərsləri almağa başladım. Sonra mən də əksər Azərbaycan rəssamları kimi Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxudum və 1982-ci ildə oranı bitirdim. Sonralar Sankt-Peterburqa köçdüm və A.Ştiqlits adına Dövlət Rəssamlıq və Sənaye Akademiyasında oxudum. 1989-cu ildə Akademiyanın “Monumental rəssamlıq” ixtisası üzrə bitirmişəm. O dövrdə monumental rəssamlar sovet dövrünə həsr olunmuş divar rəsmləri yaratmaqla məşğul olurdular.

Amma mən oranı bitirəndə, Sovet İttifaqı artıq dağılmaqda idi, müharibələr başlamışdı və Azərbaycan çox böyük təlatümlər yaşayırdı. Mənim üçün dönüş nöqtəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə atəş açması oldu. Mən qardaşım və əmimlə birlikdə orada, Salyan kazarmasının yaxınlığında idim və sovet ordusunun atəşinə məruz qaldıq. Həmin gecə hər şeyi dəyişdi. Bu, sovet quruluşu ilə bağlı illüziyaların sonu və bir rəssam kimi şəxsən mənim, eləcə də bizim nəsildən olan hər kəs üçün yeni bir fəslin başlanğıcı idi.

- Bir rəssam kimi xaricdə ilk uğurunuz hansı olub?

- Bu, 1991-ci ildə Finlandiya qalereyası mənim rəsmlərimi sərgiləməyə maraq göstərəndə baş verdi. Sərgiyə 27 rəsm əsəri gətirmişdim. “Genezis” adlanan sərgini çoxlu insan ziyarət edib. Bu, mənim üçün əsl kəşf idi. Demək olar ki, bütün əsərlərimi satmaqla yanaşı, həm də incəsənətin mənimlə ictimaiyyət arasında, Azərbaycanla dünya arasında necə körpü rolunu oynaya biləcəyini də başa düşdüm.

- Daha sonra ABŞ-a köçdünüz. Orada nə kimi təcrübə topladınız?

- ABŞ-a gələndə lazımi əlaqələrim yox idi və iş tapmaq problemi ilə üzləşdim. Qalereya sahibindən rəsmlərimi sərgiləməyə dəvət edən mesaj alanda, hər şey dəyişdi. Bir müddət sonra qalereyada eyni vaxtda bir neçə rəssamın əsərinin sərgiləndiyini aşkar etdim və nəticədə rəsmləri ən çox satılan rəssam kimi mənimlə kontrakt imzalamağa qərar verdilər. Bu, ABŞ-da daimi yaşayış hüququ almağıma səbəb olan səmərəli əməkdaşlığın başlanğıcı idi. Təxminən eyni vaxtda ailəm də genişləndi: bir oğlan və bir qız dünyaya gəldi. Bu hadisəni qeyd etmək üçün mən Kaliforniyanın Laquna Biç şəhərində ilk fərdi rəsm sərgimi təşkil etdim və onu iki övladımın şərəfinə “Əkizlər” adlandırdım. Bu sərgi mənim üçün çox şəxsi idi və dönüş nöqtəsi oldu: o vaxtdan mən təkcə sənətimi nümayiş etdirmədim, həm də onun vasitəsilə həyatımı paylaşdım.

- Siz monumental sənəti qeyd etdiniz. Genişmiqyaslı layihələriniz haqqında bizə ətraflı məlumat verə bilərsiniz?

- Monumental sənət mənə həmişə yaxın olub, axı təhsilcə monumentalistəm. Kaliforniyada mən Lompok şəhərində gözəl bir layihədə iştirak etdim, onlar ziyarətçiləri cəlb etmək üçün “açıq hava freska muzeyi” yaratmağa qərar verdilər. Yerli rəssamlarla birlikdə böyük bir freska çəkdim. Daha sonra, 1995-ci ildə Amerikanın “Duell” korporasiyasından Cənubi Koreyadakı tematik parkında İtaliya pavilyonu üçün rəsmlər sifarişi aldım. Beləliklə, qədim italyan freskalarını xatırladan dörd böyük tablo yaratdım. Sonralar SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Tbilisidəki ofisi üçün 17 metrlik “Azərbaycan neftinin tarixi” barelyefinin yaradılması da mənə tapşırıldı.

Bu cür monumental əsərlər məni öz köklərimə, ilkin olaraq sənətə gətirən miqyas və ambisiyaya qaytarır.

İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən sonra Şüvəlandakı şəxsi studiyamda həyatımın ən böyük rəsm əsəri olan “30 il 44 gün” tablosu üzərində işləməyə başladım. Hündürlüyü 4 metr, eni 10 metr olan bu monumental əsərdə münaqişənin 1990-cı illərin əvvəllərindən Azərbaycanın yekun Qələbəsinə qədər olan bütün dövrü təsvir olunub. Köklərim Qarabağdan, Şuşa şəhərindən olduğu üçün rəsm mənim üçün olduqca şəxsidir. Təəssüflər olsun ki, atam Zəfərimizdən bir neçə il əvvəl, anam isə Qələbəmizi görmək arzusu ilə yaşayaraq bu şanlı hadisədən cəmi bir neçə gün sonra dünyasını dəyişdi. Torpaqlarımızın işğaldan azad olunduğunu bilə-bilə onun sakit ürəklə dünyasını dəyişdiyinə səmimi-qəlbdən inanıram.

“30 il 44 gün” tablosuna Ulu Öndərimiz Heydər Əliyev, Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi bir çox əsas fiqurları daxil etmişəm, eyni zamanda, valideynlərimin də təsviri var. Bu əsər təkcə tarixi şəhadət deyil, həm də milli qüruru şəxsi yaddaşla birləşdirən ehtiram əlaməti, sənətdə tarixin və şəxsi həyatın necə iç-içə olmasının təcəssümüdür. Bu rəsm hər birimiz və gələcək nəsillər üçün müqəddəs bir xatirə əlaməti olaraq yaradılıb. Bu tablo Zəfər Gününün beşinci ildönümü ərəfəsində müvafiq mədəniyyət təşkilatlarının köməyi ilə ictimaiyyətin nümayişinə çıxarılsa və Qarabağda - Xankəndidə, Şuşada və ya Bakıda layiqli yer tutsa, mənim üçün böyük şərəf olar.

- Siz həm də görkəmli şəxsiyyətlərin portretlərini də çəkmisiniz. Onların arasında kimi xüsusi qeyd edərdiniz?

- Portretlər yaradıcılığımın mühüm hissəsi olub. Karyeram boyunca həm vətənim Azərbaycanda, həm də Finlandiya və ABŞ-da çoxlu portretlər çəkmişəm. Finlandiyada məndən Prezident Sauli Niinistenin portretini çəkməyimi xahiş etdilər, sonradan bu portret ona hədiyyə edildi. Həmçinin biznes, idman sahəsində bir çox məşhur simaların, hətta Finlandiya-Sovet müharibəsinin 100 illik yubileyi üçün onun veteranının portretlərini çəkmişəm. 2022-ci ildə mənə Qarabağın sonuncu şahzadəsi, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın şahmat oynayan vəziyyətdə portretini çəkmək tapşırıldı. Bu rəsm Şuşa şəhərinə hədiyyə edilib və mənim üçün böyük qürur mənbəyi olaraq qalır, o, Qarabağın zəngin mədəni keçmişinə və onun əbədi irsinə ehtiram əlamətidir.

- Öz sənətinizlə yanaşı, mədəni təşəbbüslərlə də çıxış etmisiniz. Onlar haqqında bizə məlumat verərdiniz.

- İnanıram ki, sənətkarın bir missiyası var - xalqının, ölkəsinin mədəniyyətinin səfiri olmaq. 2007-ci ildə Finlandiyada Aİ-Azərbaycan Assosiasiyasını qeydiyyatdan keçirmişəm və o vaxtdan buradakı bütün sərgilərim bu təşkilatın himayəsi altında keçirilir. Assosiasiya Azərbaycan mədəniyyətinin təbliği və fin auditoriyasını ölkəmizin zəngin irsi ilə tanış etmək üçün mühüm platformaya çevrilib. Elə həmin 2007-ci ildə Helsinkidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş fotosərgi təşkil etdim. Sərgi “Şuşa: dünən, bu gün, sabah” adlanırdı. O, Qarabağın rəmzi olan Xarıbülbül gülünün fotoşəkili ilə başlayıb və onunla da başa çatıb. Sondan əvvəlki fotoşəkildə məktəb lövhəsində bu sözləri yazan bir qız təsvir edilmişdi: “Biz gedirik, amma qayıdacayıq”. Sərgi işğal zamanı baş tutub və onun məqsədi Şuşa şəhərinin irsini cəmiyyətin yaddaşında saxlamaq olub. Sərginin açılışına Türkiyə səfirliyinin nümayəndələri də dəvət olunub və onun davam etdiyi müddətdə şəhərin bir neçə min sakini və qonaqları eksponatlarla tanış olublar.

2008-ci ildə Prezident İlham Əliyev Prezident Tarya Halonenin dəvəti ilə Finlandiyada rəsmi səfərdə olarkən, mən Prezident sarayında dövlətimizin başçısının şərəfinə verilən naharda fəxri qonaq kimi iştirak etmişəm. Düşünürəm ki, məni məhz ona görə dəvət ediblər ki, Finlandiyada yaxşı tanınan azərbaycanlı rəssamam. Dəvət olunanlar arasında Finlandiyada yaşayan yeganə azərbaycanlı idim və bu, mənim üçün mədəniyyət sahəsindəki fəaliyyətimdə xüsusi şərəf və onun tanınması idi.

Elə bu yaxınlarda, 2023-cü ildə Kiyevdə Ukrayna Rəssamlar İttifaqının Baş Qalereyasında keçirilən Finlandiya rəssamlarının sərgisini təşkil etdim. Layihənin ideyası mənə məxsus idi və onu fin dostlarımdan dəstək alaraq paylaşdım. Mən ukraynalıları dəstəkləmək istədim, çünki biz özümüz müharibəni yaşadıq və onun nəticələrini anlayıram. Onlarla həmrəy olduğumu bildirmək üçün 19 fin rəssamının əsərlərini, o cümlədən öz rəsmlərimi gətirmişdim. Açılış mərasimində Rəssamlar İttifaqının sədri Konstantin Çernyavski qeyd etdi ki, biz müharibə illərində Ukraynaya sərgi keçirmək üçün gələn ilk və yeganə xarici rəssam olmuşuq. Tədbirdə Azərbaycanın və Finlandiyanın Ukraynadakı səfirləri Seymur Mərdəliyev və Yaakko Lextovirta da iştirak edərək xalqlarımızın dostluğunu, təlatümlü zamanlarda dəstəyin vacibliyini vurğulayıblar. Həmin an mənim üçün çox şeyi ifadə etdi, çünki sənətin ən qaranlıq vaxtlarda necə həmrəylik aktı ola biləcəyini göstərdi.

- Bugünkü sənətinizi necə xarakterizə edərdiniz?

- Mənim sənətim həmişə məzmunca kosmopolit, ruh etibarilə azərbaycanlı olub. İstər Florensiya şəhərində sərgilənən və sonralar alman kolleksiyaçı Reynhold Vürt tərəfindən satın alınan “XXI əsrin Madonnası” triptixi, istərsə də mənim “Qarabağda çövkən” adlı böyük tablom olsun, onların hər birində analıq, məhəbbət və ehtiras kimi universal mövzuları Azərbaycanın rəngləri, enerjisi və ənənələri ilə birləşdirməyə çalışıram.

2013-cü ildə Nyu-Yorkda sevimli şəhərimi təsvir edən 102 əsəri özündə əks etdirən hədiyyə albomu olan “Magnificent Baku” adlı kitab nəşr etdirdim. Albom dünyanın bir çox kitabxanalarının, o cümlədən Bakıdakı Azərbaycan Milli Kitabxanası, ABŞ-ın Konqres Kitabxanası, Kembric Kitabxanası və digərlərinin fondunda saxlanılır. Bu yaxınlarda Finlandiyada həmin rəsmlərdən ibarət eyniadlı sərgim oldu. Gələcəkdə Bakının zəngin bədii və mədəni irsini qlobal auditoriyaya tanıtmaq üçün “Magnificent Baku” sərgisinin Avropa, Yaxın Şərq və Şimali Amerikadakı qalereyalara və mədəniyyət mərkəzlərinə beynəlxalq turunu təşkil etməyi planlaşdırıram.

Mən ABŞ və Finlandiyada yaşamışam, amma özümü heç vaxt mühacir hesab etməmişəm. Özümü Azərbaycan ruhunu daşıyan bir insan, xalqımın mədəniyyətinin dünyada səfiri kimi görürəm. Nəticə etibarı ilə inanıram ki, sənətdə ən vacib şey tamaşaçının təkcə gördüyü deyil, həm də hiss etdiyidir. Lakin bu gün monumental sənətə - xalqımızın qəhrəmanlıq irsinə və tarixi eposuna, tarixinin qəhrəmanlıq səhifələrinə həsr olunmuş əsərlər məni daha çox cəlb edir. Bu cərəyanın əsas nümunələrindən biri də Birinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlarına həsr olunmuş “Yaddaş” triptixidir (2016-2017). Rəsm 1916-cı il mayın 31-də Ukraynanın Karpat dağlarında Azərbaycan süvari alayının Avstriyanın müdafiə mövqelərinə hücumunu təsvir edir. Bu triptix ideyası Finlandiyada, marşal Mannerheymin portreti üzərində işləyən məqamda ağlıma gəldi. O, finlərin milli qəhrəmanıdır. Bu şəxsiyyətin hərbi karyerası ilə bağlı ədəbiyyatı öyrənərkən I Dünya müharibəsi illərində Mannerheymin tabeliyində xidmət etdiyi Hüseyn xan Naxçıvanskinin adına rast gəldim. Qürur hissi ilə Mannerheymin portretini bir müddət kənara qoyub Naxçıvanskini, onun vasitəsilə isə “Vəhşi diviziya”nın tarixini öyrənməyə başladım. Azərbaycan süvarilərinin cəsarəti və fədakarlığı məni çox təsirləndirdi və bunu monumental, epik formada ifadə etməyə ehtiyac duydum.

Bu triptix yaddaşın vacibliyini və qəhrəman əcdadlarımızın hekayələrini qoruyub saxlamağın zəruriliyini xatırladır. Hesab edirəm ki, bu gün Azərbaycanda fırça ustalarının Azərbaycan xalqının həyatında böyük tarixi hadisələrə həsr olunmuş əsərlər ərsəyə gətirəcəyi və dövlət tərəfindən dəstəklənəcək bir sənət studiyasının yaradılması son dərəcə vacibdir. Belə bir təşəbbüs tariximizə monumental forma verəcək və onu gələcək nəsillərə ötürəcək. Daha bir nüansı qeyd edim: Məncə, süni intellekt dövründə insanlar nə vaxtsa süni intellektin yaratdığı obrazların bolluğundan doyaraq, maşınların yaratdığı təsvirlərlə müqayisədə həqiqətən də qiymətsiz olan insan yaradıcılığının bəhrəsi olan əsl sənətə qayıdacaqlar.

- Bir rəssam kimi missiyanızı nədə görürsünüz?

- Mənim üçün sənət həm özünüifadə vasitəsi, həm də mədəni diplomatiyadır. Özümü siyasətin deyil, mədəniyyətin ön cəbhəsində hiss edirəm. Azərbaycanı xaricdə təmsil edirəm. İstər şəxsi kolleksiyalarda saxlanılsın, istərsə də ictimai yerlərdə nümayiş olunsun, mənim bütün əsərlərim bu tarixin bir hissəsidir. Boş kətan qarşısında dayanarkən inanıram ki, növbəti rəsm həmişə mənim ən yaxşı əsərim və Azərbaycanın dünyadakı daha bir səsi olacaq.

 

Çingiz Abasov: “30 il və 44 gün” tablosu milli qürurun şəxsi yaddaş ilə vəhdətdə olduğu ehtiram əlamətidir -  MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr