Zaqatalada “Mercedes” aşıb, xəsarət alanlar var VİDEO
Zaqatala, 14 sentyabr, AZƏRTAC
Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Muxax kənd sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava və yolun sürüşkən olmasıdır.
Hadisə yerinə Təcili Tibbi Yardım Mərkəzinin briqadası cəlb olunub. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Baş vermiş qəza ilə bağlı araşdırmaya başlanılıb.