AZƏRTAC-ın stendində “Qarabağ” rüzgarı əsdi... VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın stendində Tarixi Zəfərin beşinci ildönümü ərəfəsində “Qarabağ” rüzgarı əsib. Belə ki, stendin musiqili ziyarətçiləri - Azərbaycan Milli Konservatoriyasının dissertantı Nəsibə Cəfərovanın dirijorluğu ilə 24 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərindən ibarət xalq çalğı alətləri orkestri Bəhram Nəsibovun “Qarabağ”, Səid Rüstəmovun “Sərhədçilər marşı” və “Qaytağı” mahnılarını ifa ediblər.