Azərbaycanda rəqəmsallaşma istiqamətində hansı işlər görüləcək? VİDEO
Bakı, 13 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən rəqəmsallaşma ilə bağlı vahid fəaliyyət planına həsr olunan müşavirədə bir sıra vacib məsələlərə toxunuldu. Ən diqqətçəkən məqamlardan biri Azərbaycanda bütün dövlət qurumlarının rəqəmsallaşması, süni intellekt əsaslı həllər yaratması və həmin orqanların vahid internet platforması üzərindən vətəndaşlara xidmət etməsi ilə bağlı verilən tapşırıq oldu. Maraqlıdır bütün bunlarla bağlı indiyə qədər hansı işlər görülüb? Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.