Bayram günlərində bunlara diqqət edin VİDEO
Bakı, 21 mart, AZƏRTAC
Qədim adət-ənənələri yaşadan Novruz bayramı həm də zəngin süfrəsi və şirniyyatları ilə ruzi-bərəkət rəmzinə çevrilir. Bayram axşamı qurulan Novruz süfrəsi şəkərbura, paxlava, qoğal və badambura kimi milli təamlarla bəzədilərək əsl bayram ziyafətinə çevrilir. İlk baxışdan cəlbedici görünən bu qədər bol və müxtəlif qidalar fonunda sağlamlığımızı qorumaq üçün müəyyən məqamlara diqqət yetirmək vacibdir. Mütəxəssislərin sözlərinə görə, bayram günlərində süfrələrimiz daha zəngin olduğundan, gün ərzində 3-4 dəfə deyil, 2 dəfə qidalanmaq daha məqsədəuyğundur. Bu zaman qidaların düzgün ardıcıllıqla qəbul edilməsi də xüsusi əhəmiyyət daşıyır.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.
Müxbir - Kənan Aydın
Operator - Ələkbər Baxşıyev
Montaj - Nurlan Abdullayev