Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 mindən çox şəxs qəbul edilib VİDEO
Naxçıvan, 14 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 min 135 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 15 min 767 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.
Yanvar–mart aylarında vergi ödəyicilərinə 460 min 561 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 30 görüş keçirilib, 218 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1134 müraciət üzrə 1924 “ASAN İmza” sertifikatı verilib.
Müxbir - Nail Əsgərov