Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Burada dövlətimiz tərəfindən hər bir şərait yaradılıb” - “Böyük Qayıdış”ın ilk müjdəçisi Ağalıdan reportaj VİDEO

Zəngilan, 20 aprel, AZƏRTAC

Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndi azad edilmiş torpaqlarda dirçəlişin ən uğurlu modelidir. Müasir standartlara uyğun yenidən qurulan bu yaşayış məntəqəsi öz sakinlərini qarşılayaraq, Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan dinc həyatın simvoluna çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk köç karvanı ilə doğma yurdlarına dönən ailələr artıq dörd ildir Ağalıda məskunlaşaraq firavan ömür sürürlər. Kəndə səfərimiz zamanı diqqət çəkən əsas məqamlardan biri həyətyanı sahələrdəki gözoxşayan yaşıllıq və abad bağ-bağat oldu. Yazın ən gözəl çağında təbiətin təravəti ilə Ağalının siması daha da gözəlləşib, burada yeni həyatın nəfəsi aydın hiss olunur.

Məhərrəmovlar ailəsinin həyətində ata ilə oğulun bağda çalışması diqqətimi çəkdi. Ailə başçısı Emin Məhərrəmov bizi evinə dəvət edərək, Ağalıdan məcburi köçkün düşdükləri ağır günlərdən, ötən illərin həsrətindən və “Böyük Qayıdış” sayəsində yenidən canlanan doğma yurdlarındakı bugünkü xoşbəxt həyatlarından danışır: “1993-cü ildə ailə üzvlərimlə birgə buradan köçkün düşdük. Həmin vaxt ermənilər yolu Cəbrayıl istiqamətində bağlamışdı, ona görə biz Araz çayı ilə İrana keçdik. Həmin günü indiki kimi xatırlayıram, ailədə beş nəfər idik, çox çətin anlar yaşadıq. Daha sonra Sumqayıt şəhərində peşə məktəbinin binasında məskunlaşdıq. Orada təxminən 15 ildən çox yaşadıq. Hər birimiz boya-başa çatdıq, ailə qurduq. İllər ötsə də, Zəngilana qayıdacağımız günü səbirsizliklə gözlədik. Həmin arzularımız 2020-ci ildə gerçəkləşdi”.

Emin Məhərrəmov qeyd edir ki, torpaqlarımızın azad olunması ilə uzun illərin həsrətinə son qoyulub: “Ordumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə azad etdi. Qısa müddətdə kəndlər, yaşayış yerləri yenidən qurulmağa başladı. Mənə 2022-ci ildə zəng gəldi ki, “Siz Ağalıya qayıdırsınız”. Bu, həyatımın unudulmayacaq və ən qürurlu anı idi. Axı, 13 yaşımda çıxdığım doğma yurda qayıdırdım”.

Ağalı sakini kənddə yaradılan şəraitin ən yüksək standartlara cavab verdiyini vurğulayır. O, doğma yurda qayıdarkən qarşılaşdığı mənzərənin – müasir evlərin, abad yolların və geniş infrastrukturun onda böyük qürur hissi yaratdığını bildirir. Bu gün ailəsi, qohumları və qonşuları ilə birgə yenidən Ağalıda məskunlaşan həmsöhbətimiz qeyd edir ki, həm özünün, həm də həyat yoldaşının işlə təmin olunması, övladlarının isə müasir məktəbdə təhsil alması dövlətin onlara göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsidir.

“Dörd ildir buradayam. Bu illər ərzində kəndimizdə həyat yenidən canlanıb. Ağalıda hər fəslin öz gözəlliyini hiss edirik. 30 il boş qalan sahələr əsl sahiblərinin zəhməti ilə yenidən dirçəlir. Hər il öz həyətimizdə müxtəlif tərəvəzlər əkirik, məhsulumuz bol olur”, - deyə Emin Məhərrəmov kənd həyatından həvəslə danışır.

Ailə başçısının həyat yoldaşı Xəyalə Məmmədova da doğma yurda qayıdışın onun üçün xüsusi məna daşıdığını bildirir. O, uşaqlıq xatirələrini bizimlə bölüşür: “Zəngilan mənim ata-baba yurdum olub. Atam hələ 19 yaşında olarkən Sumqayıta köçüb, orada ailə qurub, mən də Sumqayıtda dünyaya göz açmışam. 1993-cü ildə torpaqlarımız işğal olunan vaxt 10 yaşım var idi. Ata-baba yurdum olan Zəngilana həmin vaxta kimi uşaq yaşlarımda bir dəfə gəlmişdim. Həmin anı yuxu kimi xatırlayıram. Qatarla gəlmişdik və yolüstü stansiyada dayanıb qarğıdalı almışdıq”.

Xəyalə Məmmədova torpaqlarımızın azad olunacağına hər zaman böyük ümid bəsləyib. O, uşaq yaşlarından böyüklərindən Zəngilan haqqında daim məlumat aldığını, atasının bu yurdun füsunkar təbiəti, sıx meşələri və çayları barədə xatirələri ilə böyüdüyünü bildirir. Atasının bu günü görmədən dünyasını dəyişməsindən təəssüf hissi keçirən həmsöhbətimiz, bu gün bir övlad olaraq valideyninin arzusunu reallaşdırdığını və doğma yurdda yaşamaqdan qürur duyduğunu vurğulayır. O, həmçinin Ağalıya köçmək təklifi alan kimi heç bir tərəddüd etmədən razılıq verdiyini diqqətə çatdırır. “2022-ci ildə zəng gəldi və “Ağalıya köçmək istəyirsinizmi” - deyə soruşulanda bir saniyə belə düşünmədən “bəli” dedim. Artıq 4 ildir burada yaşayırıq. Kəndimizdə hər bir şərait var – məktəb, bağça, istirahət parkı və digər sosial obyektlər. Mən həm məktəbdə işləyirəm, həm də uşaqlar üçün rəqs dərsləri keçirəm. Bundan başqa, həm də gözəllik salonu işlədirəm. Bura qayıdandan sonra, yer ayırdılar, avadanlıqlar da verildi”, - deyən Xəyalə xanım dövlətin onlar üçün yaratdığı şəraitdən razılıqla söz açır.

Ailənin azyaşlı övladları da Ağalıda yaradılan şəraitdən olduqca razıdırlar. Valeh, Saleh və Emilya artıq kənd məktəbində təhsil alır, həm müasir mühitdə böyüyür, həm də yeni dostlar qazanırlar.

Bu gün Ağalıda həyat təkcə bərpa olunmayıb, həm də yeni mərhələyə qədəm qoyub. Otuz ilə yaxın düşmən tapdağında qalan və sükuta qərq olan münbit torpaqlar indi yenidən şumlanır, əkin-biçin işləri ilə canlanır. “Böyük Qayıdış” proqramının ilk müjdəçisi olan bu kənddə ailələr doğma yurdun hərarətini hiss edərək, təhlükəsiz və firavan şəraitdə öz gələcəklərini qururlar. Ağalı artıq sadəcə bir yaşayış məntəqəsi deyil, bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinin, milli dirçəlişin sarsılmaz simvoluna çevrilib.

Müxbir - Aydın Yavərzadə

“Burada dövlətimiz tərəfindən hər bir şərait yaradılıb” - “Böyük Qayıdış”ın ilk müjdəçisi Ağalıdan reportaj  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO