Ağstafada 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb VİDEO
Ağstafa, 23 aprel, AZƏRTAC
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Vurğun qəsəbəsində hərəkətdə olan “Mersedes” digər avtomobillə toqquşub
Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov, 1994-cü il təvəllüdlü Elgün Əsgərzadə və 1951-ci il təvəllüdlü Abudel Əsgərzadə xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu