Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İnnovativ potensial: əqli mülkiyyət+süni intellekt” mövzusunda dəyirmi masa təşkil edilib VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Əqli Mülkiyyət Agentliyi tərəfindən “İnnovativ potensial: əqli mülkiyyət+süni intellekt” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 26 Aprel – Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

Agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanov seminarda çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirlərini sitat gətirməklə başlayıb: “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir. Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”. Professor vurğulayıb ki, bu fikirlər sinkretik məna daşıyır, mövcud reallıqları əks etdirir, uzaqgörən kreativlik gücə malik olaraq, bu günümüzlə gələcəyimiz arasındakı körpüdür. Bununla belə, qarşımızda istər əqli mülkiyyət sisteminin, istərsə də elm və təhsilimizin yeni vəzifələrini müəyyən edir.

Kamran İmanov diqqətə çatdırıb ki, innovasiya ekosistemi iqtisadiyyatın innovasiya fəaliyyətini birgə stimullaşdıran, qarşılıqlı əlaqəli institutlar, təşkilatlar və imkanlar şəbəkəsindən ibarət olan sistemdir. Bu kontekstdə innovasiya potensialı dedikdə konkret innovasiya sahələrində rəqabət üstünlüyü yaratmağa imkan verən biliklər, ixtisaslaşmış bacarıqlar və institusional imkanlar nəzərdə tutulur.

“İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır. Bunların ən mühümləri onun elmi, texnoloji, sahibkarlıq və istehsal aspektləridir. Bu dördlük ən vacib amillərdir. Məhz qeyd olunan amillər arasındakı qarşılıqlı əlaqənin dərəcəsi - yəni müxtəlif innovasiya imkanlarının ümumi bilikləri, bacarıqları və ya infrastrukturunu nə qədər paylaşması və birgə istifadə imkanları - ekosistemin bir sahədən digərinə asanlıqla diversifikasiya edə bilməsini müəyyən edir və bununla da mövcud amillərin qarşılıqlı təsirindən yaranan emergentliyi və akkumulyasiya effektini formalaşdırır”, - deyə professor Kamran İmanov bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, dünyada əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biri kimi qəbul olunub. Süni intellektin istifadəsi vasitəsilə gücləndirildiyi halda əqli mülkiyyət innovasiya potensialına təsir imkanlarını genişləndirmək üçün tamamilə əlverişli olur. Bunun üçün süni intellekt “hazırlanmış” olmalı, əvvəlcədən qeyd olunan amillərin empirik və ekspert təhlilindən irəli gələn mürəkkəb qarşılıqlı təsirinin arzuolunan formasını əks etdirən müəyyən normativ modelə malik olmalıdır.

Professor Kamran İmanov bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən Harvard Universitetinin “Growth Lab” laboratoriyası ilə birgə hazırlanmış “İnnovasiya Potensialına Baxış (İPB) 2026” adlı tədqiqata əsasən, 193 ölkədə 2,5 milyard məlumat (datalar) vahidi təhlil edilib və 2500-dən çox innovasiya imkanını əhatə edən xəritə yaradılıb.

“Müəyyən olunub ki, hazırda tədqiq edilən ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır. Bu da ildə təxminən 339000 texnoloji innovasiyaya bərabərdir.

Başqa sözlə, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatların yalnız 10 faizi öz patent potensialını reallaşdırır. Eyni zamanda, 27 faizi ticarət nişanları üzrə gözlənilən həcmə nail olur, 32 faizi isə elmi nəşrlər potensialını həyata keçirir. Bu isə qlobal innovasiya sistemində kritik dar boğazı təşkil edir və elmi biliklərin və istehsal güclərinin patentləşdiriləbilən innovasiyalara çevrilməsi prosesində mövcud olan sistemli maneələri göstərir”, - deyə professor Kamran İmanov bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, iqtisadiyyatlar innovasiya ekosisteminin müxtəlif mürəkkəblik səviyyələrinə malikdir. Bu isə əsas imkanların mürəkkəblik dərəcəsindən və müxtəlif innovasiya sahələri arasındakı əlaqələrin sıxlığından asılıdır. Elmi imkanlar məhdud mürəkkəbliyə malik iqtisadiyyatlar üçün ən əlçatan hesab olunur (buraya fundamental tədqiqatlar, elmi nəşrlər və araşdırmalar daxildir). Texnoloji imkanlar isə yüksək inkişaf səviyyəsi tələb edir və sürətli iqtisadi artıma malik iqtisadiyyatlara yönəlib. Sahibkarlıq bacarıqları aşağı mürəkkəblikli ekosistemlərlə daha uyğunluq təşkil edir, lakin sürətli inkişafı təmin edir. İstehsal imkanları isə adətən yüksək mürəkkəblik tələb edir və orta səviyyəli artımla xarakterizə olunur. Bu deyilənlər innovasiya potensialının inkişafını planlaşdırmağa imkan verir.

Professor Kamran İmanov deyib ki, ÜƏMT innovasiya ekosistemini innovasiya nəticələrinə təsir edən maraqlı tərəflərin (stakeholderlərin) məcmusu kimi nəzərdən keçirir, “Global Innovation Index” isə onu tək bir göstərici ilə deyil, təxminən 80 indikatorla, yəni təhsildən və infrastrukturdan tutmuş bilik yaradılması və biznes mühitinə qədər ölçür. Buna görə də dörd amilin hər biri üçün universal və sabit “təsir payı” mövcud deyil: onların töhfəsi ekosistemin inkişaf mərhələsindən və iştirakçılar arasındakı əlaqələrin keyfiyyətindən asılı olaraq dəyişir.

Yeni biliklərin generasiyası mərhələsində ən güclü təsir edən amillər elm və texnologiyalardır. Kommersiyalaşma mərhələsində ən güclü təsir edən amillər sahibkarlıq və texnologiyalardır. İqtisadiyyata miqyaslandırma və geniş təsir mərhələsində isə ən güclü təsir edən amillər istehsal və texnologiyalardır. Beləliklə, elm potensial yaradır, texnologiyalar onu tətbiqi formaya salır, sahibkarlıq onu bazar məhsuluna çevirir, istehsal isə nəticəni miqyaslandırır və möhkəmləndirir.

Əqli Mülkiyyət Agentliyinin rəhbəri vurğulayıb ki, bu günə qədər dünyada süni intellekt tərəfindən yaradılan məhsul tək onun adından qeydə alına bilmir: “Çünki qeydə almaq o deməkdir ki, süni intellekt insan imkanlarına bərabərdir. Amma bu, belə deyil. Qeydə almaq üçün süni intellektlə birgə işləyən şəxs öz adını qeyd etməli, süni intellektin yardımını göstərməlidir, o zaman bu, qəbul olunur. Tutaq ki, hər hansı dövlət süni intellekti müəllif kimi qeydə almaq qərarına gəlib. Lakin bu da mümkün deyil. Çünki dövlətlər əqli mülkiyyət sahəsində çoxtərəfli müqavilələrlə bağlıdır, məsələn, sənaye mülkiyyəti, patentlə bağlı Paris Konvensiyası, müəlliflik hüququ ilə bağlı Bern Konvensiyası mövcuddur. Yəni bir dəyişiklik olarsa, bu, bütün ittifaqlara aid olub yenilənməlidir. Hazırda süni intellektin əqli mülkiyyət subyekti olmaq haqqında danışmaq hələ tezdir. Azı 20-30 il lazımdır ki, bu məsələ öz yerini tapsın.

Dəyirmi masada çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova diqqətə çatdırıb ki, süni intellekt bu gün texnologiyanın, müxtəlif sahələrin inkişafında çox mühüm yer tutur. Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində ciddi hüquqi və konseptual məsələlər doğurur.

“Xüsusilə alqoritmlər tərəfindən yaradılan məhsullarda, yəni bu məhsulun real sahibinin kim olması getdikcə daha aktual mövzuya çevrilir. Biz görürük ki, süni intellekt bir sıra yollarla əqli mülkiyyətlə kəsişir. Son zamanlar dünyada süni intellekt sahəsində ayrıca strategiyalar qəbul olunur və həyata keçirilir”, - deyə Hicran Hüseynova bildirib. O vurğulayıb ki, ötən il Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Bu il isə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Azərbaycanda süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında bildirib ki, süni intellektin yaxşı tərəfləri olsa da, formalaşdırdığı pis vərdişlərin qarşısını almaq lazımdır. Bu gün süni intellekt Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına təsir edir. Bəzi hallarda süni intellekt yanlış istiqamətdə istifadə edilir. Bu da müəlliflik hüququna təsir göstərir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev qeyd edib ki, Azərbaycanda artıq süni intellekt inqilabına bənzər bir proses gedir. Son zamanlar Azərbaycan Prezidenti tərəfindən süni intellektlə bağlı mühüm sənədlər qəbul edilib. Ölkəmizin yeni rəqəmsal arxitekturasının ortaya çıxması, onun möhkəm, dayanıqlı altplatformasının formalaşması, ən başlıcası isə dataların toplanması, ölkənin milli data ekosisteminin yaradılması – bütün bunlar varsa, əlbəttə, o zaman süni intellekt məhsul verəcəkdir. Əqli mülkiyyət hüquqları həmişə aktual olub. Son zamanlar qlobal virtual məkan, rəqəmsal platforma bu aktuallığı daha da artırıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirib ki, innovativ potensialın reallaşdırılması, əqli mülkiyyət, süni intellekt sahəsində görülən işlər kifayət qədər önəmlidir.

V.Şıxəliyev qeyd edib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində 25 işçi qrupu fəaliyyət göstərir və onların 15-i bilavasitə qlobal innovasiya indeksinin müvafiq altindeksləri ilə bağlı fəaliyyət göstərir. Bu işçi qrupları müvafiq indeksin tələblərini düzgün şəkildə təhlil edərək, öncədən hansı tədbirlərin icra olunmasını bəyan edirlər. Həmin faktor bizə imkan verir ki, bu sahədə maraqlı tərəfləri prosesə cəlb edə bilək, yəni dövlət orqanları təkcə özləri tədbirlər həyata keçirmirlər, həm də akademik müəssisələrə, sahibkarlıq subyektlərinə, qeyri-hökumət təşkilatlarına qərarvermə prosesində maraqlı tərəf kimi iştirak imkanı yaradıla bilər.

“Bugünkü dəyirmi masada çox faydalı müzakirələr aparıldı və aktual fikirlər səsləndi. Biz innovativ fəaliyyətin nəticəyönümlü olmasını istəyiriksə, mütləq qaydada hər bir altindeksin, komponentlərin tələbləri və ölkəmizdə innovasiyaya giriş, innovasiyaya çıxış istiqamətində tarazlığı necə təmin etmək məsələləri üzərində düşünmək lazımdır. İnnovasiyaya giriş üzrə ölkəmizin mövqeyi kifayət qədər irəlidədir, innovasiyaya çıxış, yəni innovativ məhsulların yaradılması üzrə bizim ciddi potensialımız var. Müvafiq əlaqələndirmə vasitəsilə biz bu potensialı iqtisadi dəyərə çevirə bilərik”, - deyə Vüsal Şıxəliyev bildirib.

Digər çıxışlarda və müzakirələrdə Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib, dəyirmi masanın mövzusunun aktuallığı vurğulanıb, birgə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Müxbir - Gözəl Ağayeva
Fotoqraf – Aydın Məmmədov
Operator – Şövqi Əzizov
“İnnovativ potensial: əqli mülkiyyət+süni intellekt” mövzusunda dəyirmi masa təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib