AKTA və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi AKTA-nın icraçı direktoru Rauf Cabarov və “Huawei” şirkətinin baş icraçı direktoru Tianxiao Yang imzalayıblar.
Müxbir - Pərvanə Qafarova, Göyçək Mahmudlu
Fotoqraf - İlkin Cavanşirov
Operator - Vüsal Taqiyev