Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Bakı, 5 iyun, AZƏRTAC

İllik 2 milyon ton istehsal gücünə malik isti breketlənmiş dəmir (İBD) zavodu layihəsi üzrə mühüm mərhələlərdən biri uğurla başa çatıb. “Azerbaijan Metal Company” MMC (AzMC) tərəfindən reallaşdırılan zavod layihəsi üzrə bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin hazırlanması yekunlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı TİƏ nəticələrinin təqdimatı keçirilib, eyni zamanda layihənin növbəti mərhələlərini əhatə edəcək sənədlər də imzalanıb.

Tədbirdə “AzMC” ilə yanaşı, “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC, Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited”, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd.” şirkəti və “Sinosure” İxrac Kredit Agentliyi, İtaliyanın “Tenova” şirkəti və SACE İxrac Kredit Agentliyi, həmçinin Niderlandın “ING Bank”ının rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Tədbir zamanı qeyd edilib ki, ötən ilin noyabr ayında Pekində imzalanmış müqaviləyə əsasən “Sinosteel” şirkəti tərəfindən hazırlanmış bank təyinatlı TİƏ sənədi layihənin texniki və iqtisadi baxımdan səmərəli olduğunu təsdiqləyib. Sənədə əsasən, zavodun ümumi kapital xərcləri təqribən 800 milyon dollar həcmində qiymətləndirilir.

2029-cu ilin sonunda istismara verilməsi planlaşdırılan zavodun ölkənin ümumi daxili məhsuluna (ÜDM) təqribən 1 milyard dollar həcmində töhfə verəcəyi, həmçinin birbaşa və dolayı olaraq təxminən 1600 yeni iş yerinin yaradılacağı gözlənilir. Zavodun Qərb Sənaye Parkının Şəmkir rayonuna aid hissəsində inşası nəzərdə tutulub. Layihə dövlət tərəfindən təqdim olunan vergi, gömrük, logistika üzrə güzəştlər, eləcə də güzəştli qaz tarifləri kimi təşviq mexanizmlərindən faydalanacaq.

Müəssisədə ənənəvi istehsal üsulları ilə müqayisədə daha az enerji sərfiyyatı və əhəmiyyətli dərəcədə aşağı karbon emissiyası ilə seçilən və ən sərfəli kommersiya təklifi ilə fərqlənən İtaliyanın “Tenova” şirkətinin ENERGIRON® Zero-Reformer (ZR) texnologiyası tətbiq olunacaq.

Bank təyinatlı TİƏ sənədinin hazırlanması layihənin növbəti inkişaf mərhələsinə keçid imkanını yaradıb. Belə ki, tədbir çərçivəsində “AzMC” ilə “Sinosteel” şirkətləri arasında İlkin Mühəndislik (Basic Engineering) müqaviləsi imzalanıb və bununla layihənin növbəti icra mərhələsinə keçidi rəsmiləşdirilib. Müqavilə “AzMC”nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Növbəti mərhələdə mühəndislik, satınalma və tikinti (EPC) işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə üzrə tələb olunan investisiyaların əhəmiyyətli hissəsinin beynəlxalq kredit resursları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da səhmlərinin 50 faizi Azərbaycan tərəfinə məxsus olan “AzMC”nin kapital xərclərinin optimallaşdırılmasına, birbaşa maliyyə yükünün minimuma endirilməsinə xidmət edir. Bu məqsədlə Çinin “Sinosure”, İtaliyanın “SACE” İxrac Kredit Agentlikləri layihə üzrə maliyyələşməni dəstəkləyən sığorta və zəmanət təminatçıları, “ING Bank” isə prosesin qlobal koordinatoru təyin edilib. Dünyanın ən böyük beynəlxalq maliyyə qruplarından birinə daxil olan “ING Bank” “AzMC” ilə birlikdə ixrac kredit agentlikləri vasitəsilə maliyyələşmənin koordinasiyasını həyata keçirəcək. Bu razılaşma tədbir çərçivəsində “AzMC”nin baş direktoru Ceyhun Əliyev və “ING Bank”ın metallurgiya, dağ-mədən və kimya sənayesi üzrə istiqamət rəhbəri, polad sektorunun qlobal rəhbəri Erik van Doezum arasında imzalanmış müvafiq sazişlə rəsmiləşdirilib.

Xatırladaq ki, Daşkəsən rayonunda yerləşən eyniadlı yataqda mövcud dəmir filizlərinin daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə aparılan təhlillər nəticəsində iqtisadi və texnoloji baxımdan ən səmərəli həll kimi dəmir filizindən metallurji xammalın istehsalına qədər üç komponentli istehsal zənciri müəyyən edilib. Bu zəncir 67 faizdən yüksək dəmir tərkibli konsentrat, pellet və İBD istehsalını əhatə edir. Daşkəsən rayonunda tikintisi planlaşdırılan zənginləşdirmə zavodunda istehsal ediləcək yüksək tərkibli dəmir konsentratının Şəmkir rayonunun inzibati ərazisində inşa ediləcək pellet zavoduna daşınmasını təmin etmək məqsədi ilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri inşa olunacaq.

Layihənin filiz hasilatı, zənginləşdirmə zavodu, şlam boru kəməri və pellet istehsalını əhatə edən komponentlərinin “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə xarici məsləhətçinin cəlb edilməsi ilə bank təyinatlı TİƏ sənədinin hazırlanması üzrə işlər davam edir.

İBD zavodu istehsal zəncirinin miqyas etibarilə ən böyük, eyni zamanda ən çox investisiya və icra müddəti tələb edən komponentidir. Bu səbəbdən strateji prioritet kimi həmin mərhələnin icrasına indidən başlanılıb.

İstehsal zəncirinin formalaşdırılması tikinti və infrastruktur sahələrinin inkişafına töhfə verərək, iqtisadi artımın və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan yüksəkkeyfiyyətli dəmirin istehsalına imkan yaradacaq. Polad istehsalı üzrə xammalın idxalından asılılığın tam aradan qaldırılması ilə yanaşı, layihə ölkənin ixrac potensialının artırılmasına da əhəmiyyətli töhfə verəcək. Layihənin bütün mərhələlərinin kompleks şəkildə həyata keçirilməsi nəticəsində ölkənin ÜDM-nə təxminən 19 milyard dollar həcmində töhfə veriləcək, eyni zamanda, birbaşa və dolayı təsirlər hesabına regionlarda təxminən 4000 yeni iş yerinin yaradılması təmin olunacaq.

Qeyd edək ki, “AzMC” şirkəti İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarının təşkili məqsədilə ötən il “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilib.

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib