® “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (BSC) 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində (Caspian Oil & Gas 2026) Gold Sponsor statusunda iştirak edib. Tədbir iyunun 1–3-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilib və 46 ölkədən 276 şirkəti bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, BSC stendində beynəlxalq standartlara, o cümlədən API tələblərinə uyğun istehsal edilən neft-qaz sektoru üçün boru məhsulları xüsusi diqqət cəlb edib. Ekspozisiya BSC-ni tikinti, sənaye və neft-qaz sahələri üçün polad məhsulların milli istehsalçısı kimi təqdim etməyə imkan verib.
Sərgi çərçivəsində şirkət nümayəndələri tərəfdaşlar, potensial sifarişçilər və ixtisaslaşmış qurumlarla görüşlər keçirib. Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin yekununda təşkilatçılar BSC-yə sponsor dəstəyinə görə təşəkkürlərini bildirib və şirkətin iştirakını xatirə kompozisiyası ilə qeyd ediblər.
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir Avropa texnologiyaları əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur və sənaye sahələri üçün yüksəkkeyfiyyətli polad məhsullar - armatur, tikişsiz borular və ferroərintilər istehsal edir. BSC məhsulları beynəlxalq sertifikatlaşdırma tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.