BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Beynəlxalq əməkdaşlıq vacibdir. Ölkələr öhdəlikləri yerində həyata keçirilən konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır. Bu isə COP konfranslarında danışıqlarla yanaşı, icra və tətbiq məsələlərinin də əsas diqqət mərkəzində olmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda Keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin iştirakçılarına videomüraciət zamanı deyib.
Onun sözlərinə görə, bu, iradə nümayiş etdirən ölkələrin ön sıraya çıxaraq başqalarının izləyə biləcəyi yolu açması deməkdir: “Həmçinin bu, 1,3 trilyon ABŞ dollarına aparan “yol xəritəsi”ni reallığa çevirmək, inkişaf etməkdə olan ölkələrin təmiz enerjiyə və iqlim dayanıqlılığına keçid üçün ehtiyac duyduqları maliyyə vəsaitlərini əldə etmələrini təmin etmək deməkdir. Çünki bu il iqlim fəaliyyəti əsas mövzudursa, bu günün əsas sözü “icra və həyata keçirmə”dir”.