ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” tədbiri çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi ABA-nın prezidenti Zakir Nuriyev və İctimai Birliyin İdarə Heyətinin sədri Araz İmanov imzalayıblar.
Video - Mirrəsul Cəfərov
Fotoqraf - Tofiq Babayev