Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
İslam İnkişaf Bankı Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunun (“PSF 2026”) açılışında deyib.
O bildirib ki, Özəl Sektor Forumu sadəcə illik tədbir deyil, dialoqun konkret istiqamətlərə çevrildiyi, ideyaların investisiyaya, tərəfdaşlıqların isə vədlərdən real fəaliyyətə keçdiyi canlı platformadır.
“İnanırıq ki, inklüziv iqtisadi artım yalnız siyasətlə deyil, sahibkarlıqla, yalnız dövlət səyləri ilə deyil, özəl təşəbbüslərlə, yalnız maliyyələşmə ilə deyil, etimad və tərəfdaşlıqlarla təmin olunur. İİB Qrupuna daxil olan qurumlar maliyyələşdirmə, risklərin azaldılması, sığorta və ticarətin asanlaşdırılması üzrə alətlər təqdim etməklə potensialın real inkişafa çevrilməsinə töhfə verir”, - deyə İİB Qrupunun sədri bildirib.
Fotoqraf - Orxan Kərimov