Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası Bakıda 3 milyard dollarlıq sazişlər imzalayıb VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Bakıdakı həftə ərzində ITFC ümumilikdə təxminən 3 milyard dollarlıq sazişlər imzalayıb.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama İslam İnkişafı Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, 2025-ci ildə korporasiya, eyni zamanda, 9,3 milyard dollarlıq ticarət maliyyələşdirilməsini təsdiqləyib: “Bu sazişlərə bir sıra üzv ölkələrlə çərçivə razılaşmaları, regiondakı maliyyə institutları ilə ticarətin maliyyələşdirilməsi üzrə yeni mexanizmlər, eləcə də özəl sektor və kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş kredit xətləri daxildir”.
Fotoqraf - İlkin Cavanşirov
Video - İlham Nadirov