Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər – AÇIQLAMA VİDEO

İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər – AÇIQLAMA  VİDEO

Bakı, 25 iyun, AZƏRTAC

2026-cı ilin birinci yarısının iqtisadi göstəriciləri göstərir ki, Azərbaycan iqtisadiyyatı qarşıdakı dövrdə yeni çağırışlarla üzləşəcək. Bu həm iqtisadiyyatın artım tempinin sürətləndirilməsi, həm də iqtisadiyyatın daha da şaxələndirilməsi istiqamətində yeni addımların atılmasını zəruri edir. Son aylarda qəbul edilən Dövlət proqramları, hökumətin iqtisadi siyasət prioritetləri və gözlənilən qanunvericilik təşəbbüsləri onu deməyə əsas verir ki, 2026-cı ilin ikinci yarısında iqtisadi inkişafın əsas hərəkətverici qüvvələri qeyri-neft sektorunun genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi və investisiya fəallığının artırılması olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov deyib.

O bildirib ki, hökumətin son dövrdə təsdiqlədiyi sənədlər, xüsusilə kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramları və ixrac subsidiyalarının genişləndirilməsi ilə bağlı qərarlar iqtisadi aktivliyin artırılmasına xidmət edir.

“Bu tədbirlər yerli istehsalın stimullaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə və xarici bazarlarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlib. Eyni zamanda, yaxın aylarda qəbul ediləcəyi gözlənilən yeni sənədlər kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və investisiya təşviqlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılacaq addımlar özəl sektorun iqtisadi artımdakı payını artırmağa imkan verəcək.

2026-cı ilin ikinci yarısında iqtisadi artıma təsir göstərəcək əsas amillərdən biri də fiskal siyasətdə nəzərdə tutulan dəyişikliklər olacaq. Vergi və maliyyə yükünün optimallaşdırılması, sahibkarların dövriyyədən kənarda qalan vəsaitlərin iqtisadiyyata qaytarılması və biznes subyektlərinin maliyyə imkanlarının genişləndirilməsi sahibkarlıq fəaliyyətini daha da canlandıra bilər. Xüsusilə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində planlaşdırılan institusional və struktur dəyişikliklər, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, yeni dəstək mexanizmlərinin işə salınması sayəsində regionlarda iqtisadi fəallığın yüksəlməsinə və qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək”, - deyə o qeyd edib.

Z.Qardaşov vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılsa da, neft və enerji sektoru 2026-cı ilin ikinci yarısında da Azərbaycan iqtisadiyyatının əsas dayağı olaraq qalacaq: “Qlobal enerji bazarlarında müşahidə olunan qiymət tendensiyaları və enerji daşıyıcılarına olan tələbat dövlət büdcəsinin gəlirlərinə və ümumi iqtisadi aktivliyə müsbət təsir göstərməkdə davam edə bilər. Enerji ixracından əldə olunan gəlirlər həm makroiqtisadi sabitliyin qorunmasına, həm də qeyri-neft sektoruna yönəldilən investisiyaların maliyyələşdirilməsinə imkan yaradır.

Növbəti dövrdə hökumətin əsas prioritetlərindən biri qeyri-neft ixracının artırılması olacaq. İxrac subsidiyalarının tətbiqi, logistika imkanlarının genişləndirilməsi və yeni bazarlara çıxışın təşviqi qeyri-neft məhsullarının xarici bazarlardakı mövqeyini gücləndirə bilər.

Bu prosesdə kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, aqrar sektorda texnologiyaların tətbiqi və məhsul istehsalının artırılması həm daxili bazarın təminatına, həm də ixrac potensialının yüksəlməsinə xidmət edəcək.

Turizm sektoru da iqtisadi artımın mühüm mənbələrindən biri kimi diqqət mərkəzində qalacaq. Ölkənin turizm infrastrukturuna qoyulan investisiyalar, beynəlxalq tədbirlərin təşkili və Azərbaycanın turizm imkanlarının xaricdə daha fəal təşviqi turist axınının artmasına şərait yarada bilər”.

Onun sözlərinə görə, turizmin inkişafı xidmət sektorunda dövriyyənin genişlənməsinə, regionlarda məşğulluğun artmasına və valyuta daxilolmalarının yüksəlməsinə müsbət təsir göstərəcək.

“2026-cı ilin birinci yarısında tikinti sektorunda müşahidə olunan nisbətən zəif dinamikanın kompensasiya olunması məqsədilə dövlət investisiyalarının artırılması gözlənilir. İnfrastruktur layihələri, regional inkişaf proqramları və yaşayış fondunun genişləndirilməsi tikinti sektorunun yenidən iqtisadi artımın əsas lokomotivlərindən birinə çevrilməsinə kömək edə bilər.

Bu sahəyə yönəldiləcək investisiyalar həm məşğulluğu artıracaq, həm də əlaqəli sənaye sahələrinin inkişafını sürətləndirəcək.

2026-cı ilin ikinci yarısında və sonrakı illərdə Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyənləşdirəcək mühüm amillərdən biri də rəqəmsal transformasiyanın sürətləndirilməsi olacaq. Bu baxımdan hökumətin gündəliyində yer alan Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası və Rəqəmsal İnkişaf Konsepsiyası xüsusi əhəmiyyət kəsb edir. Hər iki sənəd ölkədə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinə, innovasiyaəsaslı iqtisadi modelin formalaşdırılmasına və yüksək əlavə dəyər yaradan yeni biznes sahələrinin inkişafına xidmət edir.

Bu strategiyaların həyata keçirilməsi nəticəsində rəqəmsal iqtisadiyyatın həm xidmət, həm də məhsul istehsalı seqmentlərində payının artacağı gözlənilir. İnformasiya texnologiyaları, proqram təminatı, süni intellekt, məlumat analitikası, elektron ticarət və rəqəmsal xidmətlər kimi sahələrin inkişafı iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, yerli texnologiya şirkətlərinin formalaşması və onların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi qeyri-neft sektorunun yeni inkişaf istiqamətlərindən birinə çevrilə bilər”,- deyə o diqqətə çatdırıb.

Müşavir bildirib ki, rəqəmsal transformasiyanın vacib elementlərindən biri də innovativ sahibkarlığın və startap ekosisteminin gücləndirilməsidir: “Son illərdə bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunsa da, qarşıdakı dövrdə dövlət dəstəyinin daha sistemli xarakter alacağı gözlənilir. Startapların maliyyə resurslarına çıxış imkanlarının artırılması, risk kapitalı bazarının inkişaf etdirilməsi, innovasiya mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və texnologiyayönümlü bizneslərin təşviqi ölkədə innovasiya mühitinin daha da canlanmasına şərait yaradacaq.

Bununla yanaşı, uzun müddətdir müzakirə olunan və biznes ictimaiyyəti tərəfindən gözlənilən bir sıra qanunvericilik təşəbbüslərinin yekunlaşdırılması da rəqəmsal iqtisadiyyatın inkişafına əlavə təkan verə bilər. Xüsusilə startap fəaliyyətinin hüquqi tənzimlənməsi, veçur və kraudfandinq kapitalı haqqında, innovasiya şirkətləri üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, investisiya mühitinin təkmilləşdirilməsi və rəqəmsal biznes modellərinin hüquqi bazasının formalaşdırılması bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün daha əlverişli şərait yaradacaq.

Rəqəmsal ödəniş sistemlərinin genişlənməsi, nağdsız hesablaşmaların təşviqi, elektron sənəd dövriyyəsinin tətbiq dairəsinin artırılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması da iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edəcək mühüm istiqamətlər sırasındadır. Bu proseslər əməliyyat xərclərinin azalmasına, şəffaflığın artmasına və biznes proseslərinin sürətlənməsinə imkan verəcək”.

Z.Qardaşov əlavə edib ki, kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində institusional mexanizmlərin gücləndirilməsi rəqəmsal transformasiyanın davamlılığını təmin edən əsas şərtlərdən biri olacaq.

“Rəqəmsal təhlükəsizlik sahəsində müasir standartların tətbiqi həm dövlət qurumlarının, həm də özəl sektorun rəqəmsal həllərə inamını artıracaq və rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafına zəmin yaradacaq.

Nəticə etibarilə, rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyayönümlü sahibkarlığın təşviqi, startap ekosisteminin genişləndirilməsi və rəqəmsal xidmətlərin dərinləşdirilməsi qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının yeni artım mənbələrindən birinə çevrilə bilər. Bu istiqamətdə qəbul ediləcək strateji qərarlar və qanunvericilik islahatları ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirməklə yanaşı, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsinə və uzunmüddətli iqtisadi artımın təmin olunmasına da mühüm töhfə verəcək.

Bütün bunları nəzərə alaraq demək olar ki, 2026-cı ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyən edəcək əsas amillər Dövlət proqramlarının icrası, sahibkarlığın dəstəklənməsi, fiskal islahatlar, qeyri-neft ixracının genişləndirilməsi, kənd təsərrüfatı və turizm sektorlarının inkişafı, eləcə də enerji sektorunun sabit gəlir mənbəyi kimi rolunu qoruması olacaq.

Əgər planlaşdırılan islahatlar effektiv şəkildə həyata keçirilərsə, Azərbaycan iqtisadiyyatı qarşıdakı dövrdə daha yüksək artım tempinə nail olmaqla yanaşı, neftdən asılılığın azaldılması və dayanıqlı inkişaf modelinin formalaşdırılması istiqamətində də mühüm irəliləyiş əldə edə bilər”,- deyə o nəzərə çatdırıb.

Müxbir – Vüsalə Səfərova

İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər – AÇIQLAMA  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb