Svetlana Orlova: Azərbaycan dövlət satınalmalarının auditində beynəlxalq gündəliyə fəal töhfə verir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycanın Hesablama Palatası dövlət satınalmalarının auditinin inkişafı üzrə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Bakıda keçirilən beynəlxalq toplantı müxtəlif ölkələrin ali audit orqanları arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir. Tədbirə 16 ölkədən nümayəndələrin qatılması dövlət satınalmalarının auditinə artan marağın göstəricisidir.
S.Orlova Azərbaycanın bu sahədə beynəlxalq təşəbbüslərə fəal qoşulduğunu vurğulayaraq, Bakının peşəkar əməkdaşlıq platforması kimi mövqeyinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Müəllif - Vüqar Qurbanoğlu
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Vüsal Tağıyev