Rusiyalı auditor: Dövlət vəsaitinin hər qəpiyi təyinatı üzrə xərclənməlidir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət satınalmalarının auditinin əsas məqsədi büdcə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadəsini təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, auditorların əsas vəzifəsi satınalmalarda qiymət risklərini, rəqabət mühitini və dövlət vəsaitlərinin səmərəli xərclənməsini qiymətləndirməkdir. Audit nəticələri idarəetmənin təkmilləşdirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
S.Orlovanın sözlərinə görə, müasir rəqəmsal həllər və məlumatların təhlili bu istiqamətdə daha operativ və effektiv nəzarət mexanizmlərinin formalaşmasına imkan yaradır.