Xaçmazda minik avtomobili çaya düşüb, sürücü ağır xəsarətlər alıb VİDEO
Xaçmaz, 13 iyul, AZƏRTAC
Xaçmazda “VAZ 2106” markalı minik avtomobili çaya düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarəetmənin itirilməsi nəticəsində Qudyalçay üzərindəki körpüdən çaya düşən avtomobildə sürücü tək olub. Qəza zamanı ağır xəsarətlər alan Məmmədov Hüseyn Elsevər oğlu təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobil xüsusi texnika vasitəsilə çaydan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Elxan Yusifli