Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi...

Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi...

Bakı, 4 sentyabr, AZƏRTAC

Şuşaya səfər edən bəzi turistlərin şəhərdəki qaya daşlarının üzərinə müxtəlif adlar və yazılar həkk etməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərir ki, tarixi və mədəni irs nümunələrinə münasibətdə məsuliyyətsiz davranış halları hələ də mövcuddur. Lakin məsələ yalnız bir neçə daşın üzərinə yazı yazılması ilə məhdudlaşmır. Bu hadisə daha geniş müstəvidə – tarixi yaddaşa, milli irsə, ictimai əmlaka və ən əsası, şəhidlərin canı-qanı bahasına azad edilmiş müqəddəs bir məkana münasibəti ortaya qoyur.

Belə hallarda mühüm bir sual yaranır: Tarixi və mədəni irsə münasibətimiz necə olmalıdır? Bu sual xüsusilə Şuşa kimi şəhərlər üçün daha böyük əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini, mədəniyyətini və qəhrəmanlıq salnaməsini özündə yaşadan şəhərdir. Bu şəhərin hər küçəsi, hər divarı, hər qayası ayrı-ayrılıqda tarixin bir parçasıdır. Xüsusilə Vətən müharibəsindən sonra Şuşada qorunub saxlanılan güllə izləri, dağıntılar və digər izlər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin canlı şahidlərinə çevrilib. Bu izlərin hər biri gələcək nəsillər üçün mühüm tarixi yaddaş nümunəsidir.

Ümumiyyətlə, qayaların və ya daşların üzərinə şəxsi adların və müxtəlif yazıların həkk edilməsi isə heç bir halda xatirə və ya vətənpərvərlik kimi qiymətləndirilə bilməz. Əksinə, bu cür hərəkətlər tarixi məkanın görünüşünə xələl gətirir, milli irsə qarşı məsuliyyətsiz münasibət formalaşdırır.

Şəhidlərin xatirəsi Azərbaycan cəmiyyəti üçün müqəddəsdir. Onların adlarının əbədiləşdirilməsi dövlət səviyyəsində həyata keçirilir. Ölkəmizin müxtəlif şəhər və rayonlarında şəhidlərin adlarına parklar, xiyabanlar salınır, abidələr, memorial komplekslər və xatirə guşələri yaradılır. Peşəkar memarlıq və sənətkarlıq yanaşması ilə ərsəyə gətirilən bu məkanların hər biri şəhidlərin xatirəsinin ləyaqətlə yaşadılmasına xidmət edir. Bu baxımdan şəhidlərin adını daşlara, divarlara və digər yerlərə yazmaqla onların xatirəsini yaşatdığımızı düşünmək heç də uyğun mövqe deyil. Əsl ehtiram şəhidlərin uğrunda canlarından keçdikləri torpaqları, həmin ərazilərin təbii və tarixi görkəmini qoruyub saxlamaqdır. Xüsusilə hər daşı tarix olan Şuşa kimi şəhərdə bu məsuliyyət daha böyükdür.

İctimai və tarixi məkanlara yazı yazılması ilk belə hadisə deyil və belə hallar həm rəsmi qurumlar, həm də yerli ictimaiyyət tərəfindən daim sərt şəkildə qınanılır. Məsələn, bir müddət əvvəl Nizami Kino Mərkəzinin binasının fasadının yazılarla çirkləndirilməsi vandalizm kimi qiymətləndirildi və aidiyyəti şəxslər barəsində hüquqi tədbirlər görüldü. Bu nümunə göstərir ki, ictimai və mədəni əhəmiyyət daşıyan obyektlərin qorunması yalnız həmin binaya cavabdeh qurumun deyil, bütün cəmiyyətin məsuliyyətidir.

Qraffiti və qanunsuz yazılar dünyanın bir çox şəhərlərində də ciddi problem hesab olunur. Xüsusilə tarixi memarlığı ilə seçilən Avropa şəhərlərində qədim binaların, abidələrin və daş səthlərin üzərinə yazılan yazıların təmizlənməsi üçün böyük maliyyə vəsaiti tələb olunur. Bəzi hallarda isə tarixi abidənin və ya daşın üzərinə həkk olunmuş yazını tamamilə silmək mümkün olmur. Təmizləmə zamanı tətbiq olunan mexaniki və kimyəvi üsulların özü də abidənin tarixi strukturuna zərər vura bilər.

Xatirə məqsədilə həkk edilən yazının arxasında dayanan böyük problem

Deməli, bir şəxsin xatirə məqsədilə yazdığı adın arxasında daha böyük problem dayanır. Bir yazı digərinə, digər yazı isə kütləvi çirklənməyə çevrilə bilər. Belə halların qarşısı vaxtında alınmadıqda tarixi məkanlar tədricən öz ilkin görünüşünü itirər və mədəni irsin autentikliyinə xələl gələ bilər. Ona görə də belə hallarla üzləşdikdə mütləq şəkildə onun qarşısı alınmalıdır.

Azərbaycanın digər tarixi qoruqları da eyni həssas münasibəti tələb edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Şuşa Şəhəri Dövlət Qoruğu və qorunan digər tarixi məkanlar xalqımızın çoxəsrlik tarixinin mirasıdır. Bu ərazilərdə qorunan abidələr, tikililər, qayaüstü təsvirlər, küçələr və digər tarixi elementlər yalnız bu günün deyil, gələcək nəsillərin də sərvətidir.

Xüsusilə minilliklər əvvələ aid qayaüstü təsvirlərin qorunduğu Qobustan kimi məkanda insan müdaxiləsinin hansı nəticələrə səbəb ola biləcəyini təsəvvür etmək çətin deyil. Bir səthə vurulan zərər bəzən yüzillərlə, hətta minillərlə formalaşmış tarixi məlumatın itirilməsi ilə nəticələnə bilər. Eyni yanaşma Şuşanın tarixi daşlarına və memarlıq nümunələrinə də şamil edilməlidir.

Dövlətin abidələrə münasibəti və vətəndaş məsuliyyəti

Dövlət tərəfindən tarixi abidələrin bərpasına, qoruqların mühafizəsinə, şəhərlərin tarixi simasının qorunmasına böyük resurslar yönəldilir. Lakin ən müasir mühafizə sistemi belə insanların məsuliyyətli davranışı olmadan tam səmərə verə bilməz.

Şəhidlərin xatirəsinə ən böyük ehtiram isə onların uğrunda canlarından keçdikləri Vətən torpaqlarının hər daşını, hər abidəsini qorumaqdır. Bu, tarixi abidələrimizə, təbiətimizə, şəhərlərimizə, maddi və mədəni irsimizə hörmət və etimadın ən bariz nümunəsi ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

Azərbaycanın yaratdığı yeni bağlantı sistemi Avrasiyanın iqtisadi xəritəsini dəyişir ŞƏRH

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir

AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Aqrar əməkdaşlıq Azərbaycan və Özbəkistan üçün geniş imkanlar açır – ŞƏRH

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir ŞƏRH

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək

Politoloq: Azərbaycanın ŞƏT çərçivəsində artan rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir

KOBİA sentyabrda sahibkarlar üçün keçiriləcək görüşlərin istiqamətlərini açıqlayıb

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Türk professor: Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Uşaqlarda mütaliə vərdişi ibtidai siniflərdən etibarən formalaşdırılmalıdır – təhsil eksperti

“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır – Ekspert rəyi

“Real Madrid” iştirak ərizəsini açıqlayıb, fransalı futbolçu heyətdən kənarda qalıb

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ  VİDEO

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ VİDEO

PISA 2025 tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq

Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi...

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazananlara şəhadətnamələrin verilməsinə başlanıb

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Qaxda Region Gənclərinin Məşğulluq Forumu çərçivəsində 130 vakansiya təklif olunub VİDEO

Qaxda Region Gənclərinin Məşğulluq Forumu çərçivəsində 130 vakansiya təklif olunub VİDEO

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

Gürcüstan Qara dənizdə sahil mühafizəsi üçün beynəlxalq tender elan edib

Tarixçi: Şəhidlərin xatirəsi hər birimiz üçün müqəddəsdir, lakin bu, qeyri-peşəkar üsullarla həyata keçirilməməlidir

BMU magistrantlarına Çində tam təqaüdlə təhsil imkanı

ŞƏT fəlsəfəsi: çoxtərəfli dialoq və yaşıl dəhliz

Arzu Bağırova: Tibb işçisinin rifahına yönələn vəsait ölkənin insan kapitalına qoyulan yatırımdır

İdarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması Hesablama Palatasının qarşısında duran əsas istiqamətlərdəndir

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanda üst geyim istehsalı 68 faizdən çox artıb – QRAFİK

Vətən müharibəsi veteranı: Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir