Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB VİDEO

Xankəndi, 18 sentyabr, AZƏRTAC

Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusunda V Görüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinin müzakirəsi olub.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında bugünkü müzakirələrin müasir çağırışlara cavab verən innovativ və ədalətli idarəçilik naminə yeni imkanlar açacağına, TDT-yə üzv ölkələr arasında uzunmüddətli tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.

Sonra TDT Katibliyi, Baş katibin müavini Nuru Quliyev və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış ediblər. Çıxışlarda dövlət qulluqçularının rəqəmsal bacarıqlarının gücləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə çıxışında rəqəmsallaşma və süni intellekt dövründə dövlət qulluğunda insan resurslarının idarə edilməsinin əsas istiqamətlərinə toxunub. O, süni intellektin məlumatların emalı, analitika və kadr proseslərinin səmərəliliyinin artırılması baxımından geniş imkanlar yaratdığını qeyd etməklə yanaşı, yekun qərarların qəbulunda insan məsuliyyətinin və nəzarətinin qorunmasının vacibliyini vurğulayıb.

M.Abbaszadə Azərbaycanda dövlət qulluğuna qəbul və kadr idarəçiliyi proseslərinin rəqəmsallaşdırılması, Dövlət Qulluqçularının Vahid Reyestrinin və vahid rəqəmsal kadr ekosisteminin fəaliyyət göstərməsi barədə məlumat verib. O, növbəti strateji istiqamət kimi dövlət qulluğunda kompetensiyaəsaslı modelə tam keçidin əhəmiyyətini qeyd edib. Çıxışda türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün kadr proseslərində şəffaflıq və təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi, “insan nəzarəti” prinsipinin tətbiqi, ortaq kompetensiya modelinin formalaşdırılması, dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə birgə hazırlanması və təcrübə mübadiləsindən birgə normativ təşəbbüslərə keçid olmaqla, beş prioritet istiqamət irəli sürülüb. Bu çərçivədə “Dövlət qulluğuna məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə Qarabağ Çərçivə Sənədi”nin (“Qarabağ Prinsipləri”) hazırlanması təklif olunub.

Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistanın aidiyyəti dövlət qurumları və Dövlət Qulluğu üzrə akademiyaların nümayəndələri çıxışlarında irəli sürülən təklifləri müsbət qarşılayaraq, rəqəmsallaşma və süni intellektdən dövlət qulluğunda məsuliyyətli və insanmərkəzli istifadənin vacibliyini vurğulayıblar. Onlar kadr proseslərində şəffaflığın və meritokratiya prinsiplərinin gücləndirilməsi, insan nəzarətinin qorunması, ortaq kompetensiya yanaşmalarının inkişaf etdirilməsi və dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsini dəstəklədiklərini bildiriblər. Nümayəndələr, həmçinin təcrübə mübadiləsinin konkret birgə təşəbbüslərlə tamamlanmasının və dövlət qulluğunda məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə ortaq çərçivənin formalaşdırılmasının Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında praktik əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər.

Türkiyə Prezident Administrasiyasının Kadrlar və qaydalar üzrə baş direktoru Bilal Şəntürk çıxışında Türk dünyasında insan resurslarının inkişafı sahəsində əməkdaşlığın daha sistemli və nəticəyönümlü şəkildə genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin dövlət idarəçiliyi, insan resurslarının inkişafı, rəqəmsal öyrənmə və süni intellekt üzrə qazandığı təcrübəni qardaş ölkələrlə bölüşməyə hazır olduğunu, eyni zamanda, digər üzv dövlətlərin uğurlu təcrübələrindən faydalanmağın əhəmiyyətini qeyd edib. B.Şəntürk ölkələrin ehtiyaclarına uyğun birgə təlim proqramlarının, təcrübə mübadiləsi və əməkdaşlıq mexanizmlərinin, işgüzar səfər və mübadilə proqramlarının həyata keçirilməsi, habelə rəqəmsal təlim imkanlarının qarşılıqlı istifadəyə açılmasını dəstəkləyib. O bildirib ki, Türkiyənin qarşıdakı dövrdə TDT-yə sədrliyi çərçivəsində insan resursları sahəsində əməkdaşlığın daha sistemli, görünən və dayanıqlı xarakter almasına xüsusi diqqət yetiriləcək.

Çıxışlarda, həmçinin dövlət qulluqçularının peşəkar inkişafı, rəqəmsal bacarıqlarının artırılması, etik prinsiplərin qorunması və texnoloji dəyişikliklərə institusional hazırlıq məsələləri diqqət mərkəzində olub.

Tədbir ikitərəfli görüşlərlə davam etdirilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına sədrliyi hazırda Azərbaycan Respublikası həyata keçirir.

10:15

Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusuna həsr olunan görüşdə rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunur.

Müxbir – Tahir Ağaməmmədov
Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib