İcraçı direktor: Biz təşkilatlara mürəkkəb strateji çağırışları həll etməyə kömək edirik VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Bizim məqsədimiz sadəcə Madriddən Bakıya proqramlar gətirmək deyil. Biz dinləmək, öyrənmək, bu ölkənin və onun təşkilatlarının prioritetlərini, çağırışlarını anlamaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə IE Liderlik və İnkişaf Mərkəzinin və Rəhbər Şəxslərin Təhsili (Executive Education) üzrə icraçı direktoru Villiam Davila Valeri "Liderlik və innovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında deyib.
O bildirib ki, təxminən 50 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb.
“Bu gün isə biz Azərbaycanın aparıcı təşkilatları və qurumları ilə birlikdə MBA proqramının açılışını edirik. IE dünyada şirkətlər, qurumlar və hökumətlərlə geniş əməkdaşlıq edir. Biz təşkilatlara öz istedadlarını inkişaf etdirməyə, liderliyi möhkəmləndirməyə, transformasiyaya yön verməyə və mürəkkəb strateji çağırışları həll etməyə kömək edirik. Təhsil, tədqiqat və real dünya arasındakı bu əlaqə kimliyimizin əsas hissəsidir”, - deyə o qeyd edib.