Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndəki Tülü məbədinin açıq səma altında muzeyə çevrilməsi təklif olunur VİDEO

Balakən, 22 sentyabr, AZƏRTAC

Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən rayonunda arxeoloji qazıntılar zamanı çox sayda yeni tarixi məkanlar üzə çıxarılıb. Həmin məkanların turizm marşrutlarına daxil edilməsi və qorunması istiqamətində hansı tədbirlər görülür?

AMEA-nın Şəki Regional Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun Balakən ekspedisiyası Tülü kəndində yerləşən eyniadlı tarixi abidədə müxtəlif illərdə bir neçə dəfə arxeoloji qazıntılar aparıb. İlk Orta əsrlərə (V-IX əsrlər) aid edilən, hətta daha qədim tarixin qalıqlarının üzə çıxarıldığı və bir neçə mədəni dövrü özündə əks etdirən bu maddi-mədəniyyət nümunəsinin qorunmasına ehtiyac var.

“Tədqiqatlar nəticəsində burada üç tikili qatının olduğu müəyyən edilib. Məlum olub ki, üç tikili qatından ən altda yerləşən kilsə Orta əsrlərə aiddir. Sonrakı dövrlərdə dağılmış bu tikilinin üzərində birnefli digər Alban-xristian abidəsi inşa edilib. Sonrakı dövrdə isə bu kilsənin həm şimal, həm də cənub hissələrinə bişmiş kərpic və çay daşından əlavələr olunub”, - deyən tarixçi qeyd edib ki, rayon ərazisində müxtəlif tarixi dövrlərə aid 100-dən artıq memarlıq abidəsi mövcuddur. Lakin onlardan yalnız 26-sı dövlət qeydiyyatına alınıb. Elə Tülü məbədi də onlardan biridir: “Təəssüf ki, beş il bundan əvvəl burada arxeoloji qazıntılar aparılıb və işlər yarımçıq saxlanılıb. Əslində, turizmin inkişafı istiqamətində burada layihələrin həyata keçirilməsi və tədqiqatların davam etdirilməsi vacibdir”.

Onun sözlərinə görə, Qafqaz Albaniyasına məxsus abidənin mehrab hissəsində də, cənub divarında olduğu kimi, intensiv dəfnlər səbəbindən söküntülər müəyyən olunub. Aparılan tədqiqatlar nəticəsində burada çoxlu sayda maddi-mədəniyyət nümunələri, antik dövrdən başlayaraq İlk Orta əsrlərə xarakterik olan keramika növləri aşkarlanıb. Bundan başqa, abidənin müqəddəs ərazi olduğu nəzərə alınaraq, o dövrdə Qafqaz Albaniyasının əhalisi tərəfindən burada ibadətlə yanaşı, dəfn proseslərinin də həyata keçirildiyi müəyyən edilib.

Tədqiqatçı-alim bildirib ki, Tülü abidəsində açıq səma altında muzey təşkil etməklə turizm sektorunu canlandırmaq mümkündür. Sakinlər də tariximizin öyrənilməsini, abidələrin qorunmasını və arxeoloji qazıntıların bərpasını təklif edirlər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli ilə əlaqə saxladıq. Onun sözlərinə görə, Balakən rayonunda dövlət qeydiyyatında olan 26 tarix və mədəniyyət abidəsi var. Son illərdə aparılmış monitorinqlər zamanı tarix, memarlıq və arxeoloji əlamətlərə malik 29 obyekt müəyyən edilərək, yeni aşkar olunmuş tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülüb.

Həmçinin rayonun Tülü kəndində yerləşən və türbə kimi dövlət qeydiyyatına alınmış yerli əhəmiyyətli tarix-memarlıq abidəsinin inşa tarixi XIV əsr kimi göstərilib. Son illərdə abidə ətrafında aparılan arxeoloji qazıntı və tədqiqatlar onun tarixinin daha öncəki dövrlərə aid olduğunu göstərən yeni faktlar ortaya çıxarıb. Daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Aparılan təhlillər zamanı siyahıda abidələrin adları, tarixləri və digər məlumatlarında bir sıra uyğunsuzluqların olduğu, həmçinin əhəmiyyətli sayda obyektin reyestrə daxil edilmədiyi müəyyən olunub. Bu məsələlərin həlli məqsədilə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Yeni aşkar edilmiş 29 obyektin, eləcə də Tülü kəndindəki abidənin məlumatlarının dəqiqləşdirilməsi və yenilənməsi məsələsinə Ekspert Şurasında baxılacaq.

Mövzu ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna da sorğu ünvanlandıq. İnstitutdan bildirildi ki, hazırda əsas elmi resurslar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif dövrlərə aid, o cümlədən Qafqaz Albaniyasının maddi irsini ehtiva edən abidələrin tədqiqinə səfərbər olunub. İşğaldan azad edilmiş ərazilərdə Qafqaz Albaniyası irsinin tədqiqi institutun prioritet fəaliyyət istiqamətlərindəndir.

Respublikamızın şimal-qərb ərazilərindəki abidələrə gəldikdə isə, institutun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında Balakən rayonunun Tülü kəndində aşkar edilmiş Qafqaz Albaniyasının maddi irsinə aid İlk Orta əsrlər (V–IX əsrlər) məbədi və onun ətrafındakı nekropol 2017–2021-ci illərdə tədqiq olunub. Bununla da həmin abidənin ilkin çöl-tədqiqat mərhələsi başa çatıb. Tədqiqat illəri ərzində abidədən toplanmış artefaktlar və biofaktlar kameral təhlillərə və müxtəlif istiqamətli analizlərə cəlb olunmalıdır. Hazırda abidənin çöl-tədqiqat işlərinin və müəyyən analizlərin nəticələri ilə bağlı geniş hesabat və monoqrafiya nəşrə hazırlanır.

Xüsusi olaraq qeyd olunub ki, şimal-qərb bölgəsində Antik və İlk Orta əsrlər dövrünə aid abidələrdə tədqiqatlar institutun illik elmi-tədqiqat planına müvafiq olaraq davam etdirilməkdədir. Belə ki, son iki ildə Qəbələ rayonundakı Kilsədağ məbədində arxeoloji ekspedisiya davamlı olaraq tədqiqatlarını aparır. Həmçinin Qax rayonu ərazisində də Qafqaz Albaniyasının maddi irsinə aid abidələrdə arxeoloji ekspedisiya fəaliyyət göstərir.

Müxbir - Rasim İslamoğlu

Balakəndəki Tülü məbədinin açıq səma altında muzeyə çevrilməsi təklif olunur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcbari sığorta sahəsində görülən işlərin ictimaiyyətə çatdırılmasında medianın rolu vurğulanıb

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb

Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib

İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir

Şərq memarlığının incisi – Şəki Xan Sarayı

Almaniyada baş verən kütləvi etirazlar Avropanın sosial rifah modelindəki dərin böhranın göstəricisidir - ŞƏRH

BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

“İrəvan qazılığının tarixi” kitabı təqdim olunub

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Petro Romanov: Müharibədən sonra Azərbaycan şirkətləri Ukraynanın energetika infrastrukturunun bərpasında iştirak edə bilər

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

Ağciyər damarlarındakı laxtanın çıxarılması ölüm riskini azalda bilər - Yeni araşdırma

Bəxtiyar Nəcəfov: “İrəvan qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan Qazılığının tarixi” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttinin dəyişdirilməsi planlaşdırılır

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur

Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb

Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir

Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq

Ağdam Sənaye Parkından dünya bazarına doğru

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Pakistanlı ekspert etirazlar fonunda Parisin fiaskosunun səbəblərini açıqlayıb – ŞƏRH

Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib