Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 6 oktyabr, AZƏRTAC

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilə yazıların növbəti hissəsində Xalq şairinin oğlu Vaqif Səmədoğlunun xatirələrinin davamını təqdim edir. Bu epizodda o, atasından, ailədə hökm sürən ab-havadan, Səməd Vurğunun musiqiyə və ova olan sevgisindən danışır, həmçinin şairin yaradıcılıq və dostluq münasibətlərində olduğu insanlar haqqında xatirələrini bölüşür.

“Mən indi Səməd Vurğundan 14 yaş böyüyəm. O, rəhmətə gedəndə mənim hələ 17 yaşım tamam olmamışdı. Yaşımı nəzərə alsaq, Səməd Vurğun mənim yadımdа şair, dramaturq, alim kimi yox, əlbəttə ki, bir ata kimi qalıb. Çox təəssüf edirəm ki, nə ömür ona möhlət verdi, nə də mənim yaşım o yaş deyildi ki, atamla ədəbiyyat haqqında ciddi söhbətlər edə bilim.

Səməd Vurğunun şair, şəxsiyyət kimi böyüklüyünü isə mən uşaqlıqdan hiss etmişəm. Ətrafdakıların ona olan münasibətini, hörmətini, müəyyən mənada dastana, mifə çevrilməsini gözlərimlə görmüşəm.

Deyim ki, qardaşım mərhum Yusifin bir nasir, mənim bir şair, dramaturq kimi formalaşmağımda Səməd Vurğunun ata müdrikliyini indi hiss eləyirəm. Mən onun bizə verdiyi tərbiyəni nəzərdə tuturam. Səməd Vurğun ata kimi son dərəcə demokratik adam idi. Məsələn, o heç vaxt bizim mütaliəmizə qarışmazdı. Yaxud bilirdik ki, caz musiqisindən zəhləsi gedir. Amma Bakının cazmenləri, o sıradan Vaqif Mustafazadə də daim bizə yığışar və caz ifa edərdik. Bir dəfə də etirazını bildirmədi.

Musiqini çox sevirdi, yaxşı saz çalırdı, tar çalırdı. Qazax Müəllimlər Seminariyasında təhsil almışdı, orada skripka çalmağı da öyrənmişdi, tütək çala bilirdi. Bir sözlə, musiqiyə aludə bir insan idi. Muğamlarımızı, aşıq havalarını çox yaxşı bilirdi. Otuz üç əsas aşıq havası var, onların hamısını ifa edirdi.

Klassik musiqiyə də həvəsi var idi. Üzeyir Hacıbəyovla və başqa bəstəkarlarla dostluğu təsadüfi deyildi. Böyük rus bəstəkarı D.Şostakoviç ilə də dost idilər. O, nə vaxt Bakıya gəlirdisə, atamla görüşürdülər. R.Qliyerlə də yaradıcılıq əlaqələri, dostluqları var idi. O, atamın Moskvada Stanislavski teatrında oynanılan “Fərhad və Şirin” tamaşasının musiqisini yazmışdı”.

Vaqif Səmədoğlu xatırlayır ki, SSRİ Yazıçılarının İkinci Qurultayında sovet poeziyası haqqında məruzə Səməd Vurğuna tapşırılmışdı. 1954-cü ildə oxuyacağı bu məruzəyə o, xeyli əvvəldən hazırlaşır, Moskvaya gedib gəlirdi.

“1953-cü ildə məni özü ilə aparmışdı. Məlumdur ki, o zaman belə rəsmi məruzələr yoxlanılırdı və o dövrün məşhur yazıçıları, intellektləri onlara rəy verirdilər. Rus dilində yazdığı məruzəsinin bir nüsxəsini də mənə verdi ki, İ.Erenburqa, onun evinə aparım. O zaman mənim 14 yaşım var idi. Məruzəni gətirdim və o, elə mənim yanımdaca onu diqqətlə oxumağa başladı. Mənim isə gözlərim onun evinin divarlarında idi - bütün divarlar qəlyan kolleksiyalarından ibarət idi.

Məruzəni oxuyub qurtardıqdan sonra İ.Erenburq məndən soruşdu ki, o, Moskva Universitetini bitirib? Dedim ki, xeyr, Moskva Universitetində oxuyub, amma bitirməyib. Təkrar soruşdu ki, bəs haranı bitirib? Mənim yadımdan çıxıb, cavab verdim ki, heç haranı. Doğrudan da, atamın ali təhsil diplomu yox idi. Yenə soruşdu ki, bəs rus dilini haradan belə bilir? O andaca əlavə etdi ki, elə mən özüm də dördsinifli gimnaziya bitirmişəm.

“Moskva” mehmanxanasına qayıtdıqdan sonra bu söhbəti atama danışdım. O da qayıtdı ki, ə, bəs bizi nə bilmişdin?!”

Xatirələrini davam etdirən Vaqif Səmədoğlu atasının əsas maraqlarından biri olan ovla bağlı hadisələrdən də söz açır.

“Ovla bağlı da xatirələrim çoxdur. Məni tez-tez ova aparardı. Mənə ilk tüfəngi 9 yaşımda almışdı. Amma anam qorxdu, o tüfəngi qaytartdı. Sonra ova aparanda, əlbəttə, mənə də tüfəng tapıb verirdi.

Atam həyatım boyu mənə bircə dəfə əl qaldırıb, o da ovda olub. Ümumiyyətlə isə o, nə Aybənizə, nə Yusifə, nə də mənə əl qaldırmazdı. Onun zəhmli baxışları vardı, o, bizə kifayət edirdi. Mənə əl qaldırmağı, yüngülvari şillə vurmağı isə belə oldu: təxminən iki kilometr uzaqda adamlar vardı və mən onları görürdüm. Onu da bilirdim ki, ov tüfənginin öldürə biləcəyi məsafə 40-50, ən yaxşı tüfənginki isə 60-70 metrdir. Həmin istiqamətdə quş qalxdı və atdım. Gəldi ki:

– Adamları görmədin?

– Gördüm.

– Bəs adam olan səmtə tüfəng atarlar?! – deyib mənə bir şillə vurdu və bu mənə dərs oldu.

Son illərə qədər ova gedirdim və lap uzaqda insan, mal-qara görürdümsə, o səmtə güllə atmadım...”

Vaqif Səmədoğlu Səməd Vurğunun şəxsiyyəti ətrafında yaranmış miflərdən də söhbət açır. Məsələn, onlardan biri odur ki, guya o, ova ancaq təbiətlə ünsiyyətdə olmaq, dağlarla, meşələrlə, göllərlə... söhbət etmək üçün gedirmiş və s.

“Xeyr, bu, yanlışdır. Doğrudur, ovçuların 90 faizi, o sıradan Səməd Vurğun da ən incəqəlbli insanlardır. Çünki həmişə təbiətlə ünsiyyətdə olurlar. Amma təbiətə sevgi onların, sözün həqiqi mənasında ovçuluğuna heç vaxt mane olmayıb.

Səməd Vurğun şəhər adamı yox, kənd adamı olub; kənddə anadan olub, kənd mühitində boya-başa çatıb. O, çox mahir və çox ehtiraslı, sərrast atıcı idi. Ovçuluq – qəddarlıq deyil. Düzdür, qəddar ovçular, brakonyerlər var. Amma o, brakonyer olmayıb. Məsələn, quşlar – kəklik, turac, qırqovul yumurta üstə olanda heç vaxt ova getməzdi. Ov etməyin vaxtını bilib. Mən həmişə bu mifə qarşı çıxmışam. Yəni Səməd Vurğun, şübhəsiz, təbiətlə ünsiyyətdə olmağı çox sevirdi, amma ovu da sevirdi...”

Atasının ədəbi irsi haqqında düşüncələrini bölüşən Vaqif Səmədoğlu qeyd edir ki, Səməd Vurğunun əsərlərinə onların yarandığı dövrün kontekstində yanaşmaq, onları yalnız bu günün baxışları əsasında qiymətləndirməmək lazımdır.

“Biz, yəni mənim mənsub olduğum nəsil S.Vurğun dramaturgiyası tipli, pafoslu, açıq ehtiraslar tipli dramaturgiyanın təsiri altında böyümüşük. Mən 60-cıların nümayəndəsiyəm. Biz 60-cıların dünyaya gözümüz açıldı və Avropa, Amerika dramaturgiyasının müəyyən nümunələri ilə tanış olduq. S.Vurğunun, o sıradan C.Cabbarlının da, M.İbrahimovun da, İ.Əfəndiyevin də 60-cı illərə qədərki dramaturgiyası öz dövrünün təzahürü, aynası idi. O əsərlərə indi əldə etdiyimiz müstəqillik zirvəsindən iradlar tuturlar. Mən bunu düzgün saymıram. Çünki o əsərlər o dövr dramaturgiyasının ən parlaq nümunələridir.

Məsələn, biz indi bilirik ki, “Vaqif” dramında tarixilik baxımından nöqsanlar az deyil. Amma nəzərə almaq lazımdır ki, “Vaqif” tarixi əsər yox, poetik əsərdir. Yəni 1938-də yaranmış bir sovet nağılıdır. Burada əsərin bədii keyfiyyətinə fikir vermək lazımdır. Bədii keyfiyyət nöqteyi-nəzərindən mən “Vaqif”i və xüsusilə də “Fərhad və Şirin”i Azərbaycan poeziyasının ən yüksək nümunələrindən biri sayıram”.

Ardı var...

Əvvəlki materialı oxu

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib