Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri münasibətlərimizdə yeni bir səhifə açdı.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, Azərbaycan ilə Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə hər iki ölkənin əməkdaşlığını artırmaq yönündə güclü öhdəliyidir.
“Əminəm ki, bağlantılar məsələsi çox tezliklə ikitərəfli iqtisadi münasibətlərimizin energetikadan sonra ikinci yeri tutacaq. Regional sabitlik regional inteqrasiya və iqtisadi potensialdan yararlanmaq üçün əvəzolunmazdır”.
Foto - Tofiq Babayev
Video - Ələkbər Baxşıyev