Azərbaycan Dövlət İnformasiya Agentliyi

44 günlük savaş: kim nə itirdi və nə qazandı…

44 günlük savaş: kim nə itirdi və nə qazandı…

Bakı, 16 noyabr, AZƏRTAC

Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi azad olundu. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış birgə Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası başa çatdı. Bəyanata uyğun olaraq, dekabrın 1-dək Azərbaycana təhvil veriləcək ərazilərdə ölkəmizin suveren hüquqlarının təmin olunması və həmin ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi ilə bağlı işlər artıq diplomatik müstəvidə davam etdiriləcək. Növbəti mərhələdə uğurlu olmağın zəmini isə hərbi meydanda qazanılmış qələbələrlə artıq qoyulub və bugünkü nəticə diplomatik masada da Azərbaycanın uğur qazanacağına heç bir şübhə yeri qoymur.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib ki, beləliklə, 30 il ərazində Cənubi Qafqazda mövcud olmuş, hətta Sovet İttifaqının çökməsi proseslərində önəmli rol oynamış, postsovet dönəmində isə həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinə ciddi şəkildə zədələr vurmuş münaqişələrdən biri - Qarabağ münaqişəsi diplomatik həll mərhələsinə qədəm qoyur. 44 günlük savaşda kim nə itirdi və nə qazandı:

Ermənistan

Ermənistan 30 ildən bəri işğal altında saxladığı və dünya birliyinə “Dağlıq Qarabağ respublikası” adı altında müstəqil dövlət kimi tanıtmağa çalışdığı ərazilərin təxminən 75 faizini döyüşlər nəticəsində itirdi və ya döyüşsüz təhvil verməyə məcbur edildi. Həmçinin cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılmasına məcbur edildi.

Hərbi-siyasi nəticə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində və ATƏT-in Minsk qrupunun təqdim etdiyi baza prinsiplərində Ermənistanın üzərinə qoyulan və münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan öhdəliklərin məcburi şəkildə artıqlaması ilə yerinə yetirilməsindən ibarət oldu. Bu öhdəliklərin beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə yerinə yetirilməsi münaqişənin həlli prosesində böyük irəliləyiş ola bilərdi və Ermənistana iqtisadi təcriddən çıxmaqla yeni və davamlı inkişaf perspektivləri vəd edirdi. Lakin 30 il ərzində davam edən erməni inadkarlığı və imkan düşdükdə hansısa bir kritik vəziyyətdən sui-istifadə etməklə öz ilhaqçılığına rəsmi leqallıq qazandırmaq kimi riyakar niyyətləri Ermənistanı böyük itkilərlə üz-üzə qoydu.

Ermənistanın hərbi potensialının təxminən 60-70 faizi Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Hərb meydanında itirilmiş yalnız hərbi texnika, silah və sursatın dəyərinin 3 milyard dollardan çox olduğu bilinir. Döyüşlərdə Ermənistanın 10 mindən çox canlı qüvvə itirdiyi də ehtimal olunur.

Hərbi əməliyyatların gedişində Ermənistan yenə də müharibə cinayətləri törətməkdən çəkinmədi. Döyüş bölgələrindən kənarda və hətta uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan raket atəşinə tutmaqla çoxsaylı mülki şəxslərin həyatına son qoydu. Lakin bütün bunlar döyüş meydanında Ermənistana bir anlıq da olsa üstünlük qazandıra bilmədi.

Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa, Yunanıstan və Kiprin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Bu savaşda xilas ünvanı kimi baxdığı Rusiya isə münaqişə tərəflərinə münasibətdə tərəfsizlik nümayiş etdirməklə Ermənistanı daha çox məyus etdi.

Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Beynəlxalq aləmdə Ermənistan dövlətindən daha güclü hesab olunan erməni diasporu bir neçə terrorçu qrup və beynəlxalq səviyyədə intensiv media dəstəyi təqdim etməkdən başqa ermənilərə heç bir əməli yardım göstərə bilmədi.

Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və türk torpaqlarında kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdiyi və “dənizdən-dənizə böyük Ermənistan” kimi mifik təsəvvürlərə əsaslanan milli ideyası Azərbaycan reallıqları ilə toqquşmada darmadağın oldu.

Ermənistanın gələcəyə hesablanmış geosiyasi inkişaf oriyentasiyasında növbəti dəfə qeyri-müəyyənlik yarandı. Ermənistan daxilində ictimai-siyasi münasibətlər gərginləşdi və bu gərginliyin hələ uzun zaman davam edəcəyi gözlənilir.

Erməni ictimai-siyasi düşüncəsində ziddiyyətlər o qədər dərinləşdi ki, bunun hamı tərəfindən aydın görünməsi və yalnız özlərinin görə bilməməsi, sadəcə, təəccüb doğurur. 44 gün ərzində erməni ictimai fikrində özü-özünü təkzib edən iki fikir cərəyanı və iki diametral fərqli baxış bucağının özünü göstərdiyi müşahidə olunur. Nə qədər ki, Qarabağ ərazisində döyüşlər gedirdi, ermənilər öz hakimiyyətini tənqid edərək mənasız ölümlərin qarşısının alınması üçün nəyin bahasına olursa- olsun, döyüşlərin dayandırılmasını tələb edirdilər. Elə ki, Ermənistan siyasi rəhbərliyi hərbi əməliyyatların dayandırılması haqqında Bəyanata imza atdı, bütün Ermənistan ayağa qalxdı və döyüşlərin son erməni sağ qalanadək davam etdirilməsini istədilər. Artıq bir neçə gündür ki, Bəyanatdan imtina edilməsi tələbi ilə Yerevanda etiraz aksiyaları davam edir. Bu, milli miqyasda özünü inkarla müşayiət edilən kütləvi psixi pozğunluq əlamətləridir.

Ermənistanın beynəlxalq siyasətdə hüquqazidd hərəkətləri onun iqtisadi-siyasi və sosial-mənəvi həyatında tez-tez təkrarlanan “siyasi zəlzələ” effektləri yaradır ki, bu da vaxtaşırı olaraq erməni cəmiyyətini gözlənilməz iqtisadi itkilərlə yanaşı, həm də dərin mənəvi-psixoloji sarsıntılara məruz qoyur. Növbəti 44 günlük savaş “zəlzələsi” erməni ictimai fikrini yenidən fraqmentallaşdırdı və erməni siyasi elitasının milli birlik səylərinə elə bir ağır zərbə vurdu ki, bu toplumun özünə gəlməsi və hər hansı milli ideya ətrafında yenidən birləşməsi üçün ona uzun müddət vaxt lazım olacaq.

Bütün bunlar 44 gün davam etmiş savaşda Ermənistanın itirdikləridir. Ermənistanın nə isə qazandığını iddia etmək çətin olsa da, müsbət sonluq xatirinə 44 günün tamamında erməni ictimai fikrində güclə sezilən yeni bir yanaşmanın Ermənistanın qazancı ola biləcəyinə ümid etmək istəyirəm. Son günlər erməni cəmiyyətində öz “milli dəyərləri”nə revizionist baxışlar sərgiləyən və tənqidi fikirlər səsləndirənlər də oldu. Məsələn, Matenadaran Qədim Əlyazmalar İnstitutunun əməkdaşı Qayane Ayvazyanın bu barədə erməni mediasındakı fikirləri maraq doğurur: “... 2016-cı ilin Aprel döyüşləri status-kvo müddətinin başa çatdığına işarə edirdi. Məsələnin həllini uzatmaqla hakimiyyət beynəlxalq ictimaiyyəti, Minsk qrupunu və Azərbaycanı aldatmağa çalışdı... onlar Azərbaycan torpaqlarının bir hissəsinin işğalını milli azadlıq müharibəsi adlandırmaqla problemin həll variantlarından imtina etdilər”. Ayvazyan bildirir ki, nəticədə hər şey məhv oldu və əvvəllər Dağlıq Qarabağa təklif olunan imtiyazlardan da məhrum oldular. “...Maksimalizm, nifrət, lovğalıq və güzəştsizlik özünü doğrultmadı və faciəvi nəticələrə gətirib çıxardı... 100 illik özünütəcriddən çıxmaq asan olmayacaq, amma Ermənistan qonşuları ilə xoş münasibətlərdə bulanmağa məhkumdur, bunu Ermənistan vətəndaşlarının maraqları tələb edir...”.

Belə görünür ki, əsl insani dəyərlərin nədən ibarət olduğunu və erməni cəmiyyətinin bu ümumbəşəri dəyərlərdən xali olduğunu bilən və hətta onu etiraf edənlər də var. Deməli ki, nəhayət, “dənizdən-dənizə böyük Ermənistan” nağılının puç xəyaldan başqa bir şey olmadığını anlayanlar da var və onların sayı artdıqca bəşəri dəyərlər əsasında tərbiyə olunacaq ermənilər də gələcəkdə sivil cəmiyyətlər sırasında özlərinə layiq yer tutmağa başlayacaqlar. Amma biz bunu görəcəyikmi, bunu demək çətindir.

Bir sözlə, 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda Ermənistan bu gününü və yaxın gələcəyini uduzmuş durumdadır. Amma ola bilər ki, qonşumuz bütün bu hadisələrin nəticəsində erməni xalqının yeni və sağlam gələcəyini necə qurmaq haqqında azacıq da olsa yeni bir təsəvvür qazanmış oldu. Bu da Ermənistanın yeganə və gələcək baxımından əhəmiyyətli qazancı ola bilər.

Azərbaycan

Deputat bildirib ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmaq üçün hələ 80-ci illərin sonunda başladığı milli azadlıq mübarizəsinin gedişində üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin ATƏT-in Minsk qrupu çərçivəsində razılaşdırılmış əsas prinsiplər əsasında Ermənistan tərəfindən yerinə yetirilməsinə nail oldu. Ermənistan üzərinə düşən beynəlxalq öhdəlikləri sülh yolu ilə yerinə yetirmək istəməsə də, Azərbaycan onu sülhə məcbur etdi və 30 il işğal altında qalmış ərazilərin təxminən 4/3 hissəsini hərbi yolla azad etdi. Nəticədə İranla dövlət sərhədlərimizin uzun müddət ərzində nəzarətdən çıxmış 130 km-dən çox hissəsi yenidən bərpa olundu və Sərhəd Qoşunlarımızın mühafizəsinə təhvil verildi. İşğal olunmuş ərazilərdə möhkəmləndirilmiş hərbi mühəndis-istehkam qurğuları Azərbaycan Ordusunun əks-hücumu nəticəsində darmadağın edildi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam və Hadrut azad edildi. Bütövlükdə, 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndlərimizin ərazisi hərbi yolla düşmən qruplaşmalarından təmizləndi. Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan və hər bir azərbaycanlının qəlbində qürur və iftixar simvolu olan Şuşa şəhəri düşmən əsarətindən azad edildi. Azərbaycanın işğal olunmuş ərazilərində qalmış çoxsaylı qədim tarixi abidələri, o cümlədən Yer üzündə ilk insan məskənlərindən biri sayılan qədim Azıx mağarası erməni vandalizmindən xilas olundu.

Azərbaycan Ordusu guya münaqişənin hərbi həllinin olmaması haqqında beynəlxalq qurumlar tərəfindən beynəlxalq ictimai fikirdə formalaşdırılmış mifi darmadağın etdi.

İşğal olunmuş ərazilərdən didərgin düşmüş 1 milyon məcburi köçkünümüz öz doğma yurdlarına qayıtmaq arzularına qovuşdu və dədə-baba torpaqlarında öz həyatını yenidən qurmaq imkanları qazandı.

Otuz il ərzində işğal altında qalmış və düşmən tərəfindən yağmalanmış 12 min kv km ərazi ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə qaytarıldı. Həmin ərazilərdəki təbii resurslarımızın, o cümlədən çoxsaylı faydalı qazıntı yataqlarının və geniş su ehtiyatlarının bərpa olunması və yenidən istismara verilməsi ölkənin iqtisadi-sosial inkişafının daha da sürətləndirilməsi üçün yeni imkanlar açdı.

Aparılan hərbi əməliyyatlarda Azərbaycan Milli Ordusu tarixi qələbələr qazandı. Ordumuz yüksək döyüş qabiliyyətinə və sarsılmaz ruh yüksəkliyinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri öz xalqının azadlığını və müstəqilliyini cəsarətlə və şərəflə qorudu.

44 günlük savaş ən müasir texnologiyalara sahiblənmiş dünya hərb sənayesinin ən son yeniliklərini ilk dəfə bütün dünyaya nümayiş etdirdi. Ordumuz tərəfindən aparılan XXI əsrin ilk yüksək texnologiyalı döyüşləri 44 gün ərzində bütün dünyanın diqqət mərkəzində oldu. Azərbaycan Ordusu dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırılnmasının yeni texnologiyalara əsaslanan ilk praktik nümunəsini yaratdı. Müxtəlif ölkələrin hərbi analitiklərinin qənaətinə görə bu döyüşlərin ayrı-ayrı epizodları hərb elminin ən mükəmməl bilicilərini də heyrətə gətirdi. Onlar belə hesab edirlər ki, ayrı-ayrı əməliyyatlar dünya hərb elminin səhifələrinə düşəcək və Amerikadan Yaponiyayadək bütün ölkələrin hərbi məktəbləri tərəfindən öyrəniləcək. Beləliklə, müasir hərb elminin ən qabaqcıl taktiki-strateji bilik və bacarıqlarına yiyələnmiş Azərbaycan əsgərinin şücaəti dünya hərb elminə qızıl hərflərlə yazıldı.

44 günlük savaş Azərbaycan xalqının mətin iradəsini, milli ideya ətrafında sıx birləşmək və sarsılmaz ümumxalq həmrəyliyinə nail olmaq bacarığını, işğala boyun əyməmək əzmini və dünya birliyi tərəfindən göstərilən ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Dövlət-xalq-ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı. Azərbaycan-Türkiyə qardaşlığı zamanın daha bir sınağından alnıaçıq çıxmaqla daha da möhkəmləndi və qardaş Türkiyənin bölgədə və dünyada nüfuzu və rolu daha da yüksəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi rəqabət meydanındakı davamlı qələbələri 44 günlük savaşdakı parlaq hərbi qalibiyyəti ilə zənginləşdi. Azadlıq savaşı Prezident İlham Əliyevin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, onu bölgənin birmənalı söz sahibinə çevirdi.

Bütün bunlar 44 günlük savaşda Azərbaycanın qazandıqlarıdır. Təbii ki, bu şərəfli mübarizədə itkilərimiz də oldu. Yüzlərlə əsgərimiz Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban verdilər. Onlar bu gün fəxr etdiyimiz və bütün gələcək nəsillərin fəxr edəcəyi Qələbə tariximizi öz qanları ilə yazdılar. Döyüş meydanında göstərdikləri fədakarlıq və qəhrəmanlıqları ilə öz adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə həkk etdilər.

Tərtər, Ağdam, Füzuli və Bərdə rayonlarında, eləcə də cəbhə bölgəsindən kifayət qədər uzaqda yerləşən Gəncə şəhərində dinc sakinlərimiz də düşmənin namərd hücumlarına məruz qaldı. Nəticədə 94 nəfər mülki vətəndaşımız Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin qurbanı oldular, təxminən 400 nəfər yaralandı.

Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq