45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək
Bakı, 10 dekabr, AZƏRTAC
Növbəti - 45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Məlumatda qeyd edilib ki, 2021-ci ilə planlaşdırılan analoji yarış isə ləğv olunub.
Qeyd edək ki, əvvəlcə Rusiyanın 2020-ci ildə, Belarusun isə 2022-ci ildə turnirə ev sahibliyi etməsi planlaşdırılırdı. Daha sonra Rusiyada keçiriləcək turnir koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış, Belarus isə bu yarışa ev sahibliyindən imtina etmişdi.
Ümumdünya Şahmat Olimpiadası FIDE-yə üzv ölkələrin milli komandalarının iştirakı ilə keçirilən komanda turniridir. Yarış ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Bakı 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu Olimpiada isə Gürcüstanda keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:26]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]