53 müharibə veteranı işlə təmin olunub
Bakı, 11 mart, AZƏRTAC
“Security Operation Services” (SOS) şirkəti 53 Vətən müharibəsi iştirakçısını işlə təmin edib. Həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq SOS-un kollektivi adından plaketlər də təqdim olunub. Şirkətin direktoru Anar Məmmədov bildirib ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub, lakin özəl müəssisə və təşkilatlar da bu işə öz töhfəsini verməkdədir.
“Security Operation Services” şirkəti Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 10 min manat köçürüb. Bundan başqa, şirkət digər sosial layihələrdə də fəal iştirak edir.
Qeyd edək ki, “Security Operation Services” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]