Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilmişdir VİDEO

Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar və AYB-nin çoxsaylı üzvləri iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxumuşdur .

Mərasimdə çıxış edən Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salmışdır.

Bildirmişdir ki, 1934-cü ilin iyun ayında yaradılmış Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli olmuşdur.

Sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı kimi nəhəng söz bahadırları rəhbərlik etmişlər.

Azərbaycan Yazıçılar Birliyinin tarixindəki qara səhifələrdən söz açan Xalq Yazıçısı vurğulamışdır ki, ötən əsrin 37-ci ilində Azərbaycanın bir çox dəyərli yazıçıları, çox istedadlı sənətkarları repressiya qurbanları olmuşlar.

İkinci Dünya müharibəsi illərində Azərbaycan yazıçılarının sözləri cəbhədə döyüşən əsgərləri ruhlandırmış, yazıçılar onlarla görüşüb mənəvi dəstək vermişlər.

Qurumun sədri diqqətə çatdırmışdır ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra AYB milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmişdir.

Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz AYB olmuşdur. Həmin dövrdə xalq o vaxtkı iqtidardan əlini üzəndə üzünü AYB-yə tutmuşdu.

Xalq Yazıçısı bildirmişdir ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev AYB-nin bir çox qurultaylarında çıxış etmişdir. Ümummilli Liderin strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qələm sahibləri daim dəstəklənir, onların yaradıcılığına geniş imkanlar yaradılır.

Anar demişdir: “Biz yalnız ədəbiyyata xidmət edirik. Azərbaycan Yazıçılar Birliyinin tərkibində də müxtəlif siyasi baxışları olan insanlar təmsil olunur. Bizi birləşdirən yalnız ədəbiyyatdır”.

Xalq Yazıçısı Anar AYB-nin bu gün artıq bölünməz bir təşkilat kimi Azərbaycan mənəviyyatının qorunmasında mühüm rol oynadığını vurğulamış, tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley münasibətilə Azərbaycan yazıçılarına ən xoş arzularını çatdırmışdır.

Bildirmişdir ki, bu gün ədəbiyyatın və mədəniyyətin bayramıdır. AYB-nin 80 illiyini qeyd etməklə Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı bir daha təsdiqlənmiş olur. Azərbaycan mədəniyyəti həmişə öndə getmiş, daim xalqın qayğısı və düşüncəsi ilə bir addımlamışdır. Çətin tarixi yol keçən xalqımızın yenidən müstəqilliyə qovuşmasında ədəbiyyat xadimlərimizin də danılmaz zəhmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev yaradıcı insanlara daim diqqət və qayğı göstərmiş, onların fikirlərinə ehtiramla yanaşmışdır.

Əbülfəs Qarayev rəhbərlik etdiyi qurumun təbrik məktubunu oxumuşdur.

Tədbirdə dünyada tanınmış söz adamları- qardaş Türkiyədən Yahya Agenkin, İmdat Afşar, Seyfəddin Altaylı, Qırğızıstandan Omar Sultanov, Rusiyadan Yevgeni Reyn, Mixail Sinelnikov, Qazaxıstandan Tolen Abdikuli, İrandan Ruqaya Kabiri, ABŞ-dan Aleksandr Qriç, Özbəkistandan Babaxan-Mohammed Şarif, Estoniyadan Xaqani Qayıblı, Almaniyadan Orxan Araz, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya çıxış edərək yubiley münasibətilə AYB-i və onun çoxsaylı üzvlərini təbrik etmişlər.

Natiqlər yazıçı missiyasından, onların əsərlərinin insanların formalaşmasındakı rolundan, qələm adamlarının müqəddəsliyindən, ömrü sözlə bölüşməyin çətin və məşəqqətli bir iş olmasından, müasir dünyada maraq doğuran ədəbi nümunələrdən və bugünkü oxucunun tələblərinə cavab verə biləcək əsərlərin yazılmasının zəruriliyindən söz açmışlar.

Bildirilmişdir ki, ötən müddətdə Azərbaycan yazıçıları həm keçmiş SSRİ ərazisində, həm də dünyada böyük nüfuz qazanmışlar. Onların ölməz sənət inciləri xalqlar arasında sülhə, həmrəyliyə, insanlarda məhəbbət və ədalət hissinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Mərasimdə, həmçinin beynəlxalq təşkilatların, xarici ölkələrin yazıçılar birlik və təşkilatlarının təbrik teleqramları oxunmuşdur.

Sonda AYB-nin sədri Anar iki gün ərzində keçən tədbirlərin məhsuldar olduğunu bildirmiş, mərasimin iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.

AYB-nin sədri, həmçinin Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərən, ədəbi nümunələrimizin başqa dillərə tərcümə edilərək yayılmasını reallaşdıran insanlara təşəkkür etmişdir.

AYB-nin yubiley tədbirində İraqda baş vermiş terror hadisələri ilə bağlı Azərbaycan yazıçılarının XII qurultayında təklif edilmiş bəyanatın mətni oxunmuşdur.

Yubiley tədbiri konsert proqramı ilə davam etdirilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir