Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”kitabının təqdimatı olmuşdur VİDEO

Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimatı olmuşdur.

AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın tarixi əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur. Azərbaycan dilinə tərcümə olunmuş sənədlərin orijinalları fars, ərəb və Osmanlı-türk dillərindədir. Şah İsmayıl, ümumiyyətlə, Səfəvilər mövzusunda son dövrlərdə qələmə alınmış araşdırmalarda həmin sənədlərin bəzilərinə istinadlar olsa da, onların şərhləri ilə birgə tam mətnlərinin tərcüməsi ilk dəfədir ki, həyata keçirilir.

Vurğulanmışdır ki, Şah İsmayıl Xətai Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Hakimiyyətdə olduğu illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə mübarizə aparan Şah İsmayıl Xətainin xidmətləri milli tariximizin müxtəlif dönəmlərində həmişə bir örnək olaraq qalmış və qalacaqdır.

Yeni kitabın Şah İsmayıl Xətainin dövlət və millət qarşısındakı xidmətlərinin öyrənilməsi baxımından əvəzsiz bir mənbə olduğunu söyləyən İsa Həbibbəyli demişdir ki, bu əsərdə tarixin unudulmaz mərhələsi olan o dövrün hadisələrinə yeni bir prizmadan yanaşılmışdır. Kitabda Şah İsmayılın xarici siyasətinin əsas məqamlarını özündə əks etdirən bir çox dövlət başçıları ilə yazışmaları üzə çıxarılaraq işıq üzü görmüşdür. Bu, həm də Şah İsmayıl Xətainin bir dövlət xadimi kimi dövrün hadisələrinə olan münasibətinin obyektiv dəyərləndirilməsinə xidmət edir.

Vurğulanmışdır ki, bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı, “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır. Akademik R.Mehdiyevin dərin məzmunlu, sistemli, obyektiv elmi məqaləsində Şah İsmayılla bağlı bütün zamanlarda insanları düşündürən bir çox vacib suallara tutarlı, aydın cavablar verilir. R.Mehdiyevin istinad etdiyi əsas mənbə isə ilk dəfə bu kitab vasitəsilə elmi dövriyyəyə daxil edilən Səfəvi - Osmanlı və digər ölkələrlə olan yazışmalardır. Kitabda ilk dəfə olaraq ümumilikdə 53 tarixi-diplomatik sənəd toplanmışdır ki, onların 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu məktubdur. Bu sənədlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin təşəbbüsü ilə dünyanın müxtəlif arxivlərindən toplanaraq ölkəmizə gətirilmişdir. Bu kitabda sənədlərin həm orijinal mətni, həm də tərcümələri verilmişdir. Həmin sənədlər Səfəvi-Osmanlı münasibətlərini, o dövrdəki beynəlxalq münasibətləri, Şah İsmayıl Xətainin diplomatiya sahəsindəki mövqeyini çox aydın şəkildə təsəvvür etməyə imkan yaradır. Bu mənada akademik Ramiz Mehdiyevin dərin məzmunlu məqaləsi Şah İsmayıl Xətainin diplomatik fəaliyyəti haqqında çox sanballı tədqiqat işidir.

Bu kitabın ərsəyə gəlməsi üçün AMEA-nın Şərqşünaslıq İnstitutundan, Bakı Slavyan Universitetindən və AZƏRTAC-dan təcrübəli mütəxəssislər cəlb edilmiş və nəticədə mükəmməl, olduqca orijinal bir əsərin hazırlanmasına müvəffəq olunmuşdur.

İ.Həbibbəyli vurğulamışdır ki, kitabda müstəqil Azərbaycan dövlətinin tarixi ənənələrinin obyektiv qiymətləndirilməsi konsepsiyası ortaya qoyulmuşdur. Bu, müstəqil bir ölkənin özünün tarixi keçmişini obyektiv öyrənmək zərurətindən qaynaqlanmışdır. Bu, milli dövlətçilikdə varislik ənənəsinin elmi şəkildə öyrənilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Kitabda əksini tapan dövlətçilik konsepsiyanın müasir dövrümüzdə memarı isə xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevdir. Bu konsepsiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə, obyektiv şəkildə, qətiyyətlə həyata keçirilir.

Dövlətin həyata keçirdiyi, Ulu Öndərimizin ideyalarından doğan və Prezident İlham Əliyevin uğrunda mübarizə apardığı bu konsepsiyanı tarixi və elmi cəhətdən, məzmunca dolğun bir formada işləmək isə bizim elm adamlarının üzərinə düşür. Məhz akademik Ramiz Mehdiyev dövləti və elmi təmsil edən görkəmli alim və ictimai xadim kimi bu sahədəki mövcud boşluğu aradan qaldırmış, böyük bir kollektivi işə cəlb edərək dəyərli bir kitab ortaya qoymuşdur.

Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu ilə çap edilmiş “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının Azərbaycanın ictimai və humanitar elmlərinə sanballı töhfə olduğunu deyən AMEA-nın vitse-prezidenti vurğulamışdır ki,

bu əsər tariximizin mühüm bir mərhələsi olan Səfəvilər dövrünün öyrənilməsi baxımından əvəzsiz mənbədir.

Tədbirdə kitabın elmi məsləhətçisi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “Tarixi-diplomatik irs və müasirlik” mövzusunda məruzə ilə çıxış etmişdir.

Alim vurğulamışdır ki, akademik Ramiz Mehdiyevin topluya yazdığı dərin məzmunlu şərh-məqalə Səfəvilər dövlətinin fəaliyyətinin hərtərəfli araşdırılaraq fundamental şəkildə tədqiqi üçün yeni perspektivlər açır. Məqalədə haqlı olaraq göstərilir ki, tariximizin öyrənilməsi, eyni zamanda tanıdılması ilə bağlı vacib məsələlər sırasında Azərbaycan Səfəvilər dövləti, onun zəngin irsi xüsusi yer tutur. Azərbaycanın tarixi torpaqlarını ilk dəfə vahid mərkəzdə birləşdirməyə nail olmuş səfəvilərin istər dövlətçiliyimizin, istərsə də mədəniyyətimizin inkişafındakı rolu həqiqətən çox əhəmiyyətlidir. Zaman-zaman zəifləməsinə baxmayaraq, 200 ildən artıq bir dövrdə nəinki Qafqazın, eləcə də bütün Yaxın Şərqin siyasi həyatında həlledici söz sahiblərindən biri olmuş Səfəvilər dövlətinin qoyub getdiyi tarixi irsin ölkəmizdə mükəmməl şəkildə öyrənildiyini demək çətindir. Toplu ilə tanış olarkən bu qənaətə gəlirsən. Səfəvi dövlətinin bir çox qaranlıq cəhətlərinə, Sultan Səlimlə Şah İsmayıl Xətai münasibətlərinə, Türkiyə sultanlığı ilə Azərbaycan Səfəvi dövləti arasındakı münaqişələrə yol açan məsələlərə bu kitabda verilmiş sənədlər tam aydınlıq gətirir.

Görülmüş işi yüksək qiymətləndirən V.Məmmədəliyev demişdir ki, bu nəşr Azərbaycan tarixşünaslığının, xüsusilə Səfəvi dövlətinin tədqiqatı üçün böyük bir təkandır. Çünki burada çox qiymətli faktlar vardır ki, onları təhlil etmədən səfəvilər hakimiyyətinin milli mədəniyyətimiz, Azərbaycan dövlətçiliyi üçün gördüyü işləri dəyərləndirmək olmaz. Səfəvilər dövlətinin tarixinin araşdırılmasında həm obyektiv tədqiqatlar, həm də onu farslaşdırmaq, Azərbaycan tarixindən ayırmaq kimi cəhdlər də olmuşdur. Bu kitab onlara tutarlı cavab vermək baxımından çox qiymətlidir.

Təqdimat mərasimində kitabdakı tarixi arayışların müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırmışdır.

Vurğulanmışdır ki, bu yeni nəşr Azərbaycan dövlətçiliyinin tarixində ilk mərkəzləşmiş dövlətin əsasını qoymuş Şah İsmayıl Səfəvinin diplomatik və siyasi fəaliyyətinə həsr olunmuşdur. Bu kitab Səfəvilər dövlətinin tarixinin öyrənilməsi və bu sahədəki boşluğun doldurulması baxımından olduqca əhəmiyyətlidir.

E.Əmirov bildirmişdir ki, akademik Ramiz Mehdiyevin tövsiyəsi, dəstəyi ilə çox qısa zamanda belə dəyərli bir kitabın işıq üzü görməsi hörmətli filosof alimimizin Azərbaycan tarixinə sonsuz sevgisinin nəticəsidir. Prezident Administrasiyasının rəsmisi kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirmişdir.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvi Tofiq Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və başqaları çıxış edərək böyük zəhmət və sonsuz vətənpərvərlik hissi ilə hazırlanmış “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının Azərbaycan tarixinin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu vurğulamışlar.

Qeyd edilmişdir ki, bu kitab tarixin bir çox qaranlıq mətləblərinə işıq salmış və hər zaman elm adamlarını düşündürən məqamlara aydınlıq gətirmişdir.

Alimlər bu sanballı kitabın hazırlanmasına təşəbbüs göstərdiyinə və qısa zamanda bu işi reallaşdırdığına görə kitabın elmi redaktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə minnətdarlıqlarını bildirmişlər.

Vurğulanmışdır ki, “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunmuş 400 səhifəlik bu nəfis tərtibatlı kitab geniş oxucu marağına səbəb olacaq və Azərbaycan tarixşünaslığında I Şah İsmayıl mövzusu ətrafında illərdən bəri hökm sürən ciddi problemlərdən bir çoxunun həllinə aydınlıq gətirəcəkdir.

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”kitabının təqdimatı olmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir