“75 min hektara yaxın ərazi mina və partlamamış sursatlardan təmizlənib” - Vüqar Süleymanov
Ağdam, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu dirçəlir, bərpa olunur. Hazırda Ağdam rayonunda minatəmizləmə işləri həyata keçirilir. 2022-2023-cü illərdə bu rayonda 18 min hektara yaxın ərazi mina və partlamamış sursatlardan təmizlənəcək. Bu işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“Ümumilikdə, bu günə qədər 75 min hektara yaxın ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu təmizləmə əməliyyatları nəticəsində 85 mindən çox mina və partlamamış sursat aşkar olunaraq məhv edilib”, - deyə Vüqar Süleymanov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]
Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
- 07.10.2026 [10:44]
Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO
- 07.10.2026 [10:16]
Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO
- 07.10.2026 [09:11]