Simon Stelmazik: Polşalı həmkarlarım Elnur Hüseynova dəstək olacaq VİDEO
Vyana, 19 may AZƏRTAC
“Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Elnur Hüseynov Türkiyədə keçirilmiş “O səs Türkiyə” yarışması ilə Polşada da məşhurlaşdı.
Bu sözləri “Eurovision-2015” mahnı müsabiqəsini izləmək üçün Vyanaya gəlmiş Polşanın “Newsletter” teleradiokanalının jurnalisti Simon Stelmazik AZƏRTAC-a müsahibəsində deyib.
Qısa müddətdə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi kimi möhtəşəm tədbirə çox ciddi hazırlaşdığını, habelə “Bakı-2015” birinci Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəyini vurğulayan S.Stelmazik paytaxtımızda gördüklərindən valeh olduğunu bildirib. O deyib: “Bakıya yenidən gəlmək mənim arzumdur. “Eurovision” mahnı müsabiqəsində olan digər dostlarım da ölkənizdə keçirilən şounun yarışmanın tarixində xüsusi yer tutduğun söyləyirlər. Mətbuat konfransında polşalı fanatlar bəstəkar Frederik Şopenin adı yazılan sikkəni Elnur Hüseynova hədiyyə ediblər. Ümidvaram ki, Elnur səhnədə bütün səs imkanlarını göstərə biləcək.
Polşanın özəl telekanalı birinci Avropa Oyunlarını yayımlamaq hüququ qazanıb. Biz bu kanal vasitəsilə Oyunları izləyəcəyik”.
Anar Rzayev,
AZƏRTAC-ın müxbiri
Vyana