İDMAN
“Bakı-2015”-in üçüncü günündə su polosu yarışları davam edir [YENİLƏNİB] VIDEO
Kişilərin yarışında Slovakiya millisi 15:8 hesabı ilə Malta yığmasına qalib gəlib. Monteneqro-Xorvatiya qarşılaşmasında isə qalib müəyyənləşməyib - 11:11.
Qadınların mübarizəsində İtaliya komandası Serbiya yığmasını 17:4, slovakiyalılar isə fransızları 9:5 hesabı ilə məğlubiyyətə uğradıb.
14:04
Kişilərin yarışında Fransa millisi Ukrayna yığmasına 12:3, Almaniya komandası Rumıniya kollektivinə 10:5 hesabı ilə qalib gəlib. Türkiyə millisi Yunanıstan komandasına 3:11 hesabı ilə məğlub olub.
Qadınların mübarizəsində isə Almaniya seçmə komandası 10:1 hesabı ilə İsrail yığmasına qalib gəlib.
10:33
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də - birinci Avropa Oyunlarının üçüncü günündə su polosu yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, su polosu yarışlarının üçüncü günündə kişilər arasında 8, qadınlar arasında isə 6 oyun oynanılacaq.
Kişilər arasında mübarizənin “A” qrupunda Ukrayna-Fransa və İtaliya-Rusiya, “B” qrupunda Rumıniya-Almaniya, Macarıstan-Azərbaycan, “C” qrupunda Türkiyə-Yunanıstan, Monteneqro-Xorvatiya, “D” qrupunda Serbiya-İspaniya və Malta-Slovakiya qarşılaşmaları keçiriləcək.
Qadınların yarışında isə “A” qrupunda Almaniya və İsrail, Niderland ilə Böyük Britaniya, Macarıstan isə Yunanıstanla qarşılaşacaq.
“B” qrupunda isə İtaliya-Serbiya, Slovakiya-Fransa və Rusiya-İspaniya komandaları yarışacaq.
Hazırda “A” qrupunda Ukrayna və Fransa, “B” qrupunda isə Rumıniya və Almaniya milli komandaları yarışırlar.