Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixin sirli xəzinəsi - Gülüstan qalası VİDEO

Şamaxı, 28 sentyabr, Adil Ağayev, AZƏRTAC

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan, əsası VI əsrin əvvəllərində qoyulan Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalası tariximizin hələ tam açılmayan möhtəşəm, həm də sirli xəzinələrindəndir. Qeyd edək ki, Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. Əlçatmaz yerdə tikilən qala öz möhtəşəmliyi və memarlıq üslubuna görə unikal bir abidədir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qala divarları və bürclər yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib.

Gülüstan əsrlər boyu Şirvan hökmdarlarının iqamətgahı olub və şahın xəzinəsi burada qorunub. Düşmən hücumları zamanı hökmdar və onun ailəsi də bu qalada müdafiə olunub. Azərbaycan hərb tarixində şanlı iz qoyan Gülüstan qalası əsrlər boyu düşmən hücumlarına mərdliklə sinə gərib. Əlbəttə, amansız müharibələr və dağıdıcı zəlzələlər bu yerdən də izsiz ötüşməyib. Lakin buna baxmayaraq, qalanın iki bürcü və qala divarlarının bir hissəsi zəmanəmizədək gəlib çatıb.

Tarixə qısa nəzər salaq: Mənbələrdə Gülüstan qalası haqqında ilk məlumat VIII əsrə təsadüf edilir. Ərəb tarixçisi Təbərinin məlumatına görə, 733-734-cü illərdə Müslüm ibn Əbd əl-Məlik Şirvana hücum edərkən “Qaleyi Duxteran”ı (Qız qalası. Qeyd edək ki, yerli sakinlər Gülüstan qalasına Qız qalası da deyirlər) tutaraq dağıdıb. Şirvanşahlar tərəfindən bərpa edilən Gülüstan qalası 1123-cü ildə Səlcuq sultanı Mahmud (1118-1131-ci illər) tərəfindən yenidən dağıdılıb. Bir qədər sonra qala Şirvanşah II Məniçöhrün (1120-1149-cu illər) bacısı Şahbanu tərəfindən bərpa edilib.

XII əsr dahi Azərbaycan şairi Xaqani Şirvani qəzəllərinin birində Gülüstan qalasını Kəbə yaxınlığındakı Buqbeys dağına bənzədib. 1122-ci ildə monqollar Şamaxını tutarkən Şirvanşah ailə üzvləri ilə Gülüstan qalasında sığınacaq tapıb.

XV əsrdə Şirvana hücum edən səfəvi şeyxləri Cüneyd və Heydər Gülüstan qalasını tutmağa çalışsalar da, buna nail ola bilməyiblər.

1500-cü ildə Şamaxını tutan I İsmayıl Gülüstan qalasına uğursuz hücumdan sonra əlacsızlıqdan üzünü sərkərdələrinə tutaraq deyib: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?”.

1537-ci ildə I Təhmasib Şirvana hücum edərkən Şirvanşah Şahrux əvvəl Gülüstan, sonra isə Buqurt qalasına çəkilib. Bir il sonra səfəvilər Buqurt qalasını tutaraq Şirvanşah Şahruxu əsr alıb və Şirvanşahlar dövlətinin varlığına son qoyublar. Buqurt qalasının işğalından sonra səfəvilər Gülüstan qalasını tutaraq dağıdıblar. Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlılar tərəfindən zəbt edilən Gülüstan qalası qismən bərpa edilsə də, XVII əsrin əvvəllərində I Abbas tərəfindən tamamilə dağıdılıb.

İndi isə qalada aparılan tədqiqatlar barədə. Gülüstan qalasının arxeoloji baxımdan tədqiqi XX əsrin 30-cu illərindən başlanıb. 1938-ci ildə professor Y.A.Paxomov burada kəşfiyyat işləri aparıb və qalanın su təchizatı, müdafiə sistemi, gizli yolları haqqında maraqlı mülahizələr irəli sürüb.

1967-ci ildə arxeoloq H.Ciddi Gülüstan qalasının Narınqala hissəsində arxeoloji tədqiqat işləri apararkən dörd otaq və dəhlizın divarlarını üzə çıxarıb. Qazıntılar zamanı XII əsrə aid maddi-mədəniyyət nümunələri: şirli qablar, saxsı qablar, çıraqlar, ox və nizə ucluqları, əmək alətləri və sair aşkar edilib.

2010-cu ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Gülüstan qalasında arxeoloji tədqiqatlara başlayıb. Tədqiqat zamanı İlk Orta və Orta əsrlərə aid müxtəlif təyinatlı tikililərin qalıqları, çoxlu sayda müxtəlif ölçülü şirli və şirsiz qab fraqmentləri, yerli və xarici ölkə istehsalı olan saxsı qablar və kaşılar, şüşə və pastadan hazırlanan muncuqlar, şüşə qolbaqlar, əmək alətləri və silah nümunələri, su xətti, daş kitabə, gümüş və mis sikkələr, insan skeleti, heyvan sümükləri aşkara çıxarılıb. Gülüstan qalasından ən qədim tapıntılar IV əsrə aid Bizans imperatoru I Konstantinin mis sikkələridir.

Aparılan tədqiqatlar bu il də davam etdirilib. Cari ildə Gülüstan qalasında aparılan arxeoloji tədqiqatlar zamanı Şirvanşahlara məxsus böyük anbar aşkar olunub. Anbar hər biri 300 kvadratmetr olmaqla, iki böyük otaqdan ibarətdir. Son tədqiqatlar anbarın cənub-qərb otağında aparılıb. Beş metr dərinlikdə olan anbarın girişi cənub istiqamətindədir. Anbarın divarlarının eni 1,2-2 metr təşkil edir. İri daşlarla hörülən divarlar daxildən gəc və kips qatışığı ilə suvanıb. Ehtimala görə, anbarın bir hissəsi azuqə, digər hissəsi isə silah-sursat üçün nəzərdə tutulub. Tavan isə tağ formalı olub və güclü zəlzələ nəticəsində dağılıb. Tədqiqat zamanı qazıntı sahəsindən XI-XVI əsrlərə aid maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Tikilinin XI əsrdə inşa edilməsini ehtimal etmək olar. Anbardan uzun müddət istifadə edilib. XII əsrdə güclü zəlzələ nəticəsində cənub-şərq divarlarının bir hissəsi dağılsa da, təmir edilərək ona dayaq divarı da əlavə olunub. Anbar XVI əsrdə Gülüstan qalasının süqutu ilə əlaqədar baxımsız vəziyyətə düşüb, divarları və tavanı dağılaraq tikilinin içərisinə tökülüb.

Bu il Gülüstan qalasında aparılan arxeoloji tədqiqatlar zamanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun əməkdaşları F.Hüseynov, S.Hüseynov, E.Həsənov tərəfindən rəqəmsal fotoqrammetriya (obyektlərin yerləşməsini, ölçüsünü, formasını, onların şəkillərinin ölçülməsi ilə təyin edən elmi-texniki fənn) vasitəsilə abidənin ölçüləri, GPS koordinatları götürülüb və 3 müstəvili modeli hazırlanıb.

Fotoqrammetriyanın tətbiqi əsasən arxeoloji qazıntıların topoqrafik xəritəsinin və qazıntının planının çıxarılmasında istifadə edilir. GİS sisteminin tətbiqi nəticəsində qazıntı zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin pasportlaşdırılması və verilənlər bazasının yaradılması nəzərdə tutulur. Qeyd edək ki, bu sistem Azərbaycanda ilk dəfə məhz Gülüstan qalasında tətbiq edilib. Belə ki, abidənin fotoqrammetriyasının və rəqəmsal 3 müstəvili modelinin hazırlanması gələcəkdə tikililərdə baş verə biləcək dağıntıların bərpası, abidənin sərhədlərinin müəyyən edilməsinə kömək edəcək.

Qeyd edək ki, Gülüstan qalası arxeoloji turizm baxımından böyük potensiala malikdir. Buraya turistlərin cəlb edilməsi regionun iqtisadiyyatına, turizm sektorunun inkişafına təkan verə bilər. Bu səbəbdən, ilk növbədə, ərazidə infrastrukturun yaradılmasına, arxeoloji tədqiqatların genişləndirilməsinə, qalada bərpa və konservasiya işlərinin aparılmasına böyük ehtiyac vardır.

Tarixin sirli xəzinəsi - Gülüstan qalası VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib