MƏDƏNİYYƏT
2015-2016-cı ilin payız-qış geyim trendləri
“Naxış”ın yeni kolleksiyası VİDEO
Bakı, 1 oktyabr, Aygün Həsənova, AZƏRTAC
Yay mövsümü sona çatdı. İndi hər bir xanımı “payız fəsli üçün hansı geyim alsam daha yaxşı olar”, “hansı rəng və tərz dəbdədir” sualları düşündürür.
Artıq dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar. 2015-2016-cı ilin payız-qış dəblərində yenilikləri öyrənmək üçün yolumuzu geyimlərində daha çox orijinallığa, xanımların özəlliyini vurğulayan elementlərə önəm verən “Naxış” atelyesindən saldıq.
İncə, özünəməxsus naxışlı paltarları ilə diqqət çəkən atelyenin bacarıqlı ustaları geyimləri diqqətçəkən üslubda hazırlayırlar. Paltarlardakı hər bir cəlbedici element əllə işlənir, parçalar isə Paris və Milandan gətirilir. Fəslin dəbi hesab olunan A-siluet donlar “Naxış” kolleksiyasının əsasını təşkil edir. Yeni kolleksiya klassik rənglər və hər bir xanımın özəlliyini vurğulayan çalarlarla zəngindir. Sözsüz ki, xanımlar rəng çalarını seçməkdə tam sərbəstdirlər.
Atelyedə bildirdilər ki, 2015-2016-cı ilin payız dəbi hər kəsə təmtəraq və rəngarənglik vəd edir. Rəng çeşidlərinə gəlincə, yeni mövsümdə torpaq tonları ilə yanaşı, qırmızı, bənövşəyi və narıncı kimi rənglər də dəbdə olacaq. Həmçinin, parıltılı və cəlbedici geyimləri də öz kolleksiyanıza daxil etməli olacaqsınız. Belə ki, 2015-2016-cı ilin payız-qış fəslinin ziyafət libaslarını parıltılı muncuqlar bəzəyir. Bir sözlə, iddialı görünməyi sevən xanımlar ziyafətlərdə ulduz kimi sayrışacaqlar.
Hər mövsümdə olduğu kimi, bu dəfə də dəblə geyinən xanımların seçimi olan “Naxış” atelyesində çox geniş çeşid imkanları var. Əziz xanımlar, əgər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək və gözəlliyinizlə ziyafətlərin bəzəyi olmaq istəyirsinizsə, yolunuzu mütləq “Naxış”dan salın.
Bir-birindən gözəl rənglərin birləşdiyi geyimlərin ünvanı “Naxış” atelyesi: Ənvər Qasımzadə küçəsi 56B. Tel.: (012) 440 11 19, (050) 880 11 19.