QAN YADDAŞI
Abşeronda “Şəhidlər” abidə kompleksinin önünə tər çiçəklər düzülüb VİDEO
Xırdalan, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda Qanlı Yanvar faciəsinin 26-cı ildönümündə şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon hüquq mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllim və şagirdlər iştirak ediblər.
Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı haqqında məlumat verilib. Bildirilib ki, 20 Yanvar hadisələrində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb.
Daha sonra rayon mədəniyyət şöbəsinin özfəaliyyət kollektivlərinin səhnələşdirdiyi kompozisiya təqdim olunub.
Sonda “Şəhidlər" abidə kompleksinin önünə tər çiçəklər düzülüb.