Qax şəhərinin qış mənzərələri - FOTOREPORTAJ VİDEO
Qax, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Böyük çilə öz sərt üzünü göstərməkdədir. Dünəndən başlayaraq respublikamızın əksər ərazilərinə, eləcə də şimal-qərb bölgəsinə qar yağır, hər yan bəyaz örpəyə bürünür.
Qar bolluq, bərəkət rəmzidir. İndi yağan qarın taxılçılığa, meyvəçiliyə çox xeyri var. Ola bilər ki, yağan qar müəyyən narahatlıq, çətinlik yaratsın. Lakin bu, müvəqqətidir. İnşallah, 2016-cı il xalqımız üçün xeyirli, ruzulu il olar.
Qar həm də gözəllikdir və təbiətə əsrarəngiz naxışlar vurur. AZƏRTAC Qax şəhərinin qış mənzərələrini təqdim edir.