Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə 20 santimetrdən çox qar yağıb VİDEO
Quba, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsinin dağlıq ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinə 20 santimetrdən çox qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a verilən məlumata görə, qarın hündürlüyü rayonunun Xınalıq kəndində 25, Qırızda 10, Xaltanda 5, Qusarın Ləzə kəndində isə 4 santimetrə çatıb.
Quba və Qusarın dağlıq ərazilərində temperatur mənfi 11 dərəcəyədək aşağı düşüb.