Azərbaycan velosipedçisi Slovakiyada üçüncü olub VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya turu ölkəmizin “Synergy Baku” kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Belə ki, velosipedçimiz Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn K.Pozdnyakov, bu mövqeyini sonadək qoruyub və beşgünlük yarışın qalibi, İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finettodan cəmi 9 saniyə geri qalıb.
Xatırladaq ki, 23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunub.