Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sabah Bakıda təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası işə başlayır. Mən qonaqlarımızı - dost dövlətlərin təhlükəsizlik orqanlarının rəhbərlərini salamlayıram, sizə yaxşı və səmərəli iş arzu edirəm. Əminəm ki, sabahkı iclas ölkələrimizin təhlükəsizlik orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi işinə xidmət edəcək.

Mənə məlumdur ki, sizin gündəliyiniz yetərincə genişdir, olduqca çoxsaylı məsələlər müzakirə olunacaq. Təbii ki, bütün bu məsələlər əməkdaşlıq, qarşılıqlı anlaşma və dəstək ruhunda müzakirə olunacaq. Biz Şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir. Azərbaycan Şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq.

Bu gün dünyada mövcud vəziyyət hamımıza yaxşı məlumdur. Təəssüf ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir.

Sizin başçılıq etdiyiniz orqanların fəaliyyəti spesifikdir. O, cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin gözünə görünmür. Sizin fəaliyyətinizi mövcud şəraitdə qiymətləndirmək lazımdır. Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar. Buna görə də əlbəttə ki, bir daha demək istəyirəm, artıq böyük tarixə malik olan Şura, - sabah Şuranın 41-ci iclası olacaq, siz dəfələrlə görüşmüsünüz, - özünün səmərəliliyini artıq sübut edib. Xüsusən indiki şəraitdə, səylərin daha artıq birləşdirilməsi, fəaliyyətin əlaqələndirilməsi və əlbəttə, vaxtında informasiya mübadiləsinin zəruri olduğu şəraitdə bu, çox vacibdir. Potensial təhdidlər barədə informasiya mübadiləsinə gəldikdə isə burada söhbət nəinki günlərdən, hətta saatlardan gedir.

Buna görə də biz çalışırıq və bundan sonra da çalışacağıq ki, tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti gücləndirək. Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması - bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə, avadanlıqla təchiz olunub, onların peşəkarlığı və səmərəliliyi artır. Əlbəttə, öz tərəfimizdən biz həmişə tərəfdaş ölkələrlə sıx əlaqədə işləyəcəyik. Bu ölkələrlə bizi vahid dövlətin tərkibində birgə yaşadığımız uzun tarixi dövr birləşdirir və son 25 ildə artıq müstəqil ölkələr kimi öz münasibətlərimizi tarixi dostluq və qarşılıqlı dəstək ənənələri əsasında qururuq. Buna görə bir daha demək istəyirəm, biz sabahkı iclasa xüsusi əhəmiyyət veririk. Mən şadam ki, həmin iclas bizim ölkəmizdə keçiriləcək. Azərbaycan müstəqillik illərində, son illərdə istənilən təhdidlərə davam gətirmək qabiliyyətini dəfələrlə sübut edib.

Toxunmaq istədiyim daha bir mühüm mövzu barədə mən bu yaxınlarda MDB dövlət başçıları şurasının Bişkekdə keçirilmiş Sammitində də danışmışam. Mən çıxışımda terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələsinə də toxunmuşdum və bildirmişdim ki, MDB ölkələrini birləşdirən təkcə ümumi tarix deyil, həm də əməkdaşlığı möhkəmlətmək zərurətini hamının başa düşməsidir. Mənim fikrimcə, bu gün MDB ölkələri müxtəlif tarixə, mədəniyyətə, ənənələrə, dinlərə mənsub olan xalqların qarşılıqlı fəaliyyətinə dair çox mühüm təcrübəni bölüşə bilər. Bu, bizim böyük sərvətimizdir. Əvvəlki illərdə biz belə məsələləri bəlkə də bu dərəcədə kəskin qəbul etmirdik. Bizə elə gəlirdi ki, bu elə belə də olmalıdır. Doğrudan da belə olmalıdır. Lakin heç də hər yerdə belə deyil. Təəssüf ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir.

Deməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Biz BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirmişik, iki gündən sonra V Beynəlxalq Bakı Humanitar Forumu keçiriləcək. Əvvəlki illərdə biz dinlərarası dialoqla bağlı çoxlu tədbirlər keçirmişik və bu gün bizim topladığımız təcrübə çox ölkələr üçün böyük maraq doğurur. Eyni sözləri sizin təmsil etdiyiniz ölkələr barədə də deyə bilərəm. Çünki mən təbii ki, bizim regionda, postsovet məkanında və bütövlükdə dünyada baş verən hadisələri izləyirəm və müsbət dinamika müşahidə edirəm.

Beləliklə, bütün bu məsələlər qarşılıqlı əlaqəlidir. Təhsilin səviyyəsi ilə bağlı məsələlər təhlükəsizliklə birbaşa bağlıdır. Çünki beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir. Ona görə ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir.

Buna görə də sabah sizi böyük iş gözləyir. Bununla bağlı bəzi mülahizələrimi sizə çatdırmaq, sizə uğurlar arzulamaq və təşəkkür etmək istəyirdim. Siz mühüm məsələlərin müzakirəsi üçün Bakıya gəlmisiniz. Güman edirəm ki, Azərbaycanın reallıqları ilə bir daha tanış olmaq, sabahkı günü həm işdə keçirmək, həm də yaxşı istirahət etmək imkanınız olacaq. Bir daha xoş gəlmisiniz.

X X X

İclasın Bakıda keçirilməsinə yaradılan imkana görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr BORTNİKOV dedi:

-Biz artıq birinci dəfə deyil ki, bu tədbiri dost Azərbaycanın ərazisində keçiririk. Bizi həmişə çox qonaqpərvərliklə, mehribanlıqla qəbul edirlər. Demək istəyirəm ki, hər dəfə Azərbaycana gələndə sözün yaxşı mənasında burada baş verənlərə heyrətlənməyə bilmirik. Azərbaycan inkişaf edir, böyüyür. Bu, dostlar, yoldaşlar kimi həm gözümüzü oxşayır, həm də qəlbimizi sevindirir.

A.Bortnikov Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edərək ümumxalq səsverməsinin qələbə ilə başa çatmasını qeyd etdi. Şuranın sədri vurğuladı: “Hesab edirəm ki, bu, həqiqətən belədir. Həm Sizə, həm də Azərbaycan xalqına uğurlar və firavanlıq arzu etmək istəyirəm. Bu, çox vacibdir. Hesab edirəm ki, vətəndaşlar öz iradəsini bu şəkildə ifadə etməklə ölkə rəhbərliyini dəstəkləyir və gələcəyə yol seçir”.

A.Bortnikov Birlik ölkələrinin sərhədləri ətrafında yaranmış mürəkkəb vəziyyətə toxunaraq xüsusi qeyd etdi ki, təhlükələr ilk növbədə terrorizmlə bağlıdır. O bildirib ki, dünya birliyinin səylərinə baxmayaraq vəziyyət dəyişmir və mürəkkəb olaraq qalmaqda davam edir. Şuranın sədri qabaqlayıcı iş aparmağın, informasiya mübadiləsinin, təhdidlərə vaxtında reaksiya verilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, sabahkı iclasda müzakirə ediləcək əsas problem bizim ölkələrə qarşı kənardan yaranan təhlükələrin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması olacaq. O deyib:

-Siz son zamanlar bu və ya digər şəkildə dünyada özünü qabarıq büruzə verən və bütövlükdə vəziyyətə təsir göstərən konfessiyalararası münasibətlərdən danışdınız. Düşmənlərimiz bundan fəal istifadə edirlər. Buna görə də biz baş verən prosesləri fəal izləməyə diqqət yetirəcəyik, çünki özlüyündə konfessiyalararası münasibətlərin xarakteri son nəticədə cəmiyyətdə vəziyyətin sağlamlaşmasına təsir göstərir.

A.Bortnikov radikalizmə, mütəşəkkil cinayətkarlığa, ekstremizmə qarşı mübarizənin də vacibliyini qeyd edərək vurğuladı ki, MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı təhdidlərə qarşı səmərəli mübarizə aparmağa və konkret həllər hazırlamağa kömək edir. O dedi:

-Güman edirəm ki, Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasında yaranmış və mövcud münasibətlərin xarakteri bizim sələflərimiz tərəfindən əsası qoyulmuş ənənələri dəstəkləməyə kömək edir, toplanmış təcrübəni reallaşdırmağa, xüsusi xidmətlərdən hər birinin malik olduğu bilik və vərdişləri təkmilləşdirməyə çalışmaq imkanı verir.

A.Bortnikov vurğuladı ki, MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Birlik məkanında sülh və əmin-amanlıq üçün ümumi səylər göstərəcək, bir-birini hərtərəfli dəstəkləyəcəklər. O, ümidvar olduğunu diqqətə çatdırdı ki, Bakıda keçirilən iclas perspektivdə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından faydalı və səmərəli olacaq.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib VİDEO

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib