CƏMİYYƏT
Abşeron çimərliklərində dəniz suyunun hərarəti 23-25 dərəcə olacaq
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 29-34°, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada cənub küləyi əsəcək. Dəniz suyunun hərarəti 23-24° isti olacaq.
Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda cənub küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 22-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 32-37° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə18-21°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimalı var.