Ağsuda məktəbəhazırlıq qruplarına 870 uşaq cəlb ediləcək
Ağsu, 21 avqust, AZƏRTAC
Təhsil nazirinin “2018/2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” əmrinə uyğun olaraq Ağsu rayonunun ümumtəhsil məktəblərində 30 məktəbəhazırlıq qrupu yaradılıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaradılan məktəbəhazırlıq qrupunun 28-i tam orta, 1-i ümumi orta, 1-i isə ibtidai məktəbi əhatə edir.
Təlim kurslarına 2013-cü ildə anadan olan 870 uşaq cəlb ediləcək. Balacalarla diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən və həmin dərs ilində IV siniflərdə işləyəcək ibtidai sinif müəllimləri məşğul olacaqlar.
Müəllimlər təlim kurslarına cəlb ediləcək, onların bilikləri qiymətləndiriləcək və sertifikat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:17]
Su polisi brakonyerlik edən şəxsi saxlayıb
- 23.09.2026 [15:19]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 23.09.2026 [14:22]