REGİONLAR
Ağsuda vətəndaşların COVID-19 pandemiyasına qarşı vaksinasiyası davam edir
Ağsu, 21 yanvar, AZƏRTAC
Ağsu rayonunda təhlükəli virus olan COVID-19 pandemiyasına qarşı vaksinasiya davam etdirilir.
Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Ağsuda əhalinin bu təhlükəli virusa qarışı vaksinasiyası qrafik əsasında, planlı şəkildə mərkəzi xəstəxanada, habelə kənd həkim və tibb məntəqələrində aparılır. Bu günədək rayon üzrə 33611 nəfərə 1-ci doza, 30319 nəfərə 2-ci doza, 17152 nəfərə isə “buster” doza vurulub.
Əhali arasında COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində peyvənd olunmağın əhəmiyyəti izah edilir, habelə karantin rejimı qaydalarının gözlənilməsi ilə əlaqədar təbliğat işləri aparılır.