DÜNYA


“Apple” şirkəti yeni “iPhone” smartfonlarını təqdim edib

Bakı, 13 sentyabr, AZƏRTAC

“Apple” şirkəti yeni “iPhone” smartfon modellərini nümayiş edib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında təşkil olunan mərasimdə 3 yeni “iPhone” modeli – “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone Xr” təqdim olunub. Bu modellər bir-birindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər.

“iPhone Xr” modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq -749 dollar. Onun müxtəlif - sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub. “iPhone Xs” modeli paslanmaz dəmirdən hazırlanıb və qızılı, gümüşü, səmavı boz rəngdə olacaq. Suya davamlı olan smartfon 999 dollara satışa çıxarılacaq. “iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq.

“iPhone” modelləri üçün ən böyük yeniliklərdən biri də onların iki nömrəli olmasıdır.

Bunlardan başqa, “Apple Watch 4”ün də təqdimatı baş tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.