REGİONLAR


Atmosferi çirkləndirən avtomobillərin sürücülərinə protokollar tərtib edilib

Siyəzən, 13 aprel, Elxan Yusifli, AZƏRTAC

Nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi daşıyan “Təmiz hava” aylığı çərçivəsində Siyəzən şəhərində növbəti reyd keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.

Siyəzən Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, şəhərin əsas küçələrində keçirilən reyd zamanı 100-dən çox avtomobil yoxlanılıb. Atmosferi çirkləndirən 19 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

Yoxlamaya cəlb olunan nəqliyyat vasitəsi sahiblərinin və sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.