Avropa birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız 3 gümüş medal qazanıblar
Bakı, 27 avqust, AZƏRTAC
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha 3 gümüş medal əlavə ediblər.
AZƏRTAC xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar.
Qeyd edək ki, bu gün kiçikyaşlı yeniyetmə idmançılarımızın çıxışları da uğurla nəticələnib. Belə ki, Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş medal qazanıblar.
Bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü - Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]